M.Kaşğaridə laçin kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçın da da -çin “quş” deməkdir. Sıldırımlı qayalara yalçın deyirik. Görünür, la və yal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirib. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bu daha inandırıcı variantdır. M.Cümə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anlamını ifadə edən söz ayıq-sayıq (трезвый) “ayıq” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə işlənir, rus dilindəki лежать (uzanmaq) sözü ilə bağlıdır (çarpayı yerinə lejanka da deyirlər). Bizdə məna dəyişib “bolluq” anlamında işlədilir. Başqa yozuma görə şülən sözünün dəyişilmiş formasıdır. Birinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti