M. Fasmer türk mənşəli hesab edir. Əgər göy (od) sözü ilə bağlıdırsa, onda türk mənşəlidir və bizdən ərəblərə də keçib. Amma göy kəlməsi ilə bağlılığı sübut olunmalıdır. Hələlik ərəb sözü kimi qəbul edirəm, çünki bizdə onun yerinə şişlik və шашлык formasında rus dilinə də keçib. Qumuq dilində kab feili var və воспламеняться mənasında işlədilir. Kabab kəlməsi bu sözlə də bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə tağurğa, tonurğu variantları da mövcuddur. Cütdırnaqlı məməli heyvandır, otla qidalanır. Erkəklərin qarnında müşk istehsal edən vəzi var, rəngi tünd qəhvəyi olur. V.Dal öz “Lüğət”ində bu heyvanı “тощайа, замученайа скотина” kimi şərh edir. Hiss olunur ki, sözün kökü (kabar, tabur, tonur) feilidir, şəkilçilər isə isim düzəldib. Mənası dişləri (çölə) çıxan deməkdir (köpək dişləri ağzı bağlı olduqda belə çölə çıxır). Daraq, dırmıq kimi sözlərlə qohumdur. Bu sözlər diş, çıxıntı anlamları ilə bağlıdır. Bir ehtimala görə yaba (iki dişli) sözü ilə bağlıdır. V. Dalın dediklərinə əsaslansaq, sözü qabırğa (arıq) kimi də yoza bilərik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars dilində iki mənası var: 1) arzu 2) damaq, ağız. İkinci məna zəminində dişlə bağlı qamaş feili əmələ gəlib. Rus dilindəki оскомина sözünün də kökü həmin kam sözündən ibarətdir. Kamına çəkmək ifadəsi də etimoloji baxımdan “ağzına almaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOğuz igidlərindən birinin layihəsi üzrə araba düzəldiblər. Bu igid Barmaqlıq Çosun Billik idi. Arabanı düzəldən ustalar iş prosesində kanqa-kanqa deyə səs salır, mahnı oxuyurmuşlar. Bu səbəbə görə də araba kanqa adlanıb. İgidin tayfası isə kanqlı adını daşımağa başlayıb. Tovuzda Yanıqlı kəndi var və Barmaqlıq Çosun Billikin tayfasının adı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti