Dilimizdə ilmək, ilgək tipli sözlər var və kökü il feilidir. Bu söz əlaqə, bağlılıq anlamlarını əks etdirir: il –aylar çoxluğu (birliyi), əl-barmaqlar çoxluğu, el-adamlar çoxluğu, ulus –ellər birliyi, ilxı –at çoxluğu və s. İlə qoşması da il feili ilə bağlıdır, görə (görməkdən), deyə (deməkdən) feili bağlamalarının qəlibi üzrə ilə qoşması da, görünür, feili bağlama kimi yaranıb, sonra qoşmaya çevrilib. Belə düşünmək üçün əsas var ki, ilk kəlməsi də il feilindən əmələ gəlib, sonrakıları özünə bağlayan anlamını əks etdirir. Güman edirəm ki, bir sayı da ba (bağlamaq) feili ilə qohumdur və özündən sonrakı sayları (yəni ikini, üçü) bağlamaqla yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli ilanlayu olub, “ilana bənzəyən, ilan sayağı” deməkdir. İlanyalı formaca ilanı xatırladan uzunsov ot tayasıdır. Halqa sözünün əvəzinə aylav işlətmişik. Ay “dəyirmi” deməkdir, lav isə layu sözünün təhrif olunmuş formasıdır. Sözün mənası “ay kimi (dəyirmi) olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSinonimi kimi yaşın kəlməsi də mənbələrdə öz əksini tapıb. İldırım-alov, ulduz kimi sözlərdəki al, ul kəlmələri ilə bağlıdır. Mənbələrdə yıltıra kəlməsi “блестеть” mənasında açıqlanıb, yılçır kəlməsi “блестящий” demək olub, odu ilk dəfə ildırımdan əldə ediblər. Yaşın sözü isə işıq kəlməsi ilə kökdaşdır, işıq kəlməsindən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCığataylarda ilə sözü rus dilindəki “связанный” kəlməsinə uyğun mənada işlədilib. Yəqin ki, bu söz ilmək (ilişdirmək, bağlamaq) sözünün kökündəki il feili ilə bağlıdır. Demək feilindən deyə feili bağlaması əmələ gəldiyi kimi, il feilindən də il+ə feili bağlaması törəyib və müstəqil mənasını itirərək qoşmaya (indi isə bağlayıcı olmağa doğru gedir) çevrilib. Bunu həm forma, həm də məna əlamətləri sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlıq sözü ilə qohumdur, “isti” deməkdir (Anadolu türkləri yalğın işlədirlər). Müxtəlif formalarda qeydə alınb: yayğın, yalğın, yaltın və s. Mənası rusca “блеск” kimi açıqlanıb. Alov, ulduz tipli sözlərdəki al, ul morfemləri ilə ilğımdakı il eyni sözdür və “od”, “işıq”, “isti”... deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti