Qışqırıq (qədim forması: qıyqır), hıçqır (əsli: içqır), hovxur kimi sözlər eyni qəlib üzrə düzəlmiş feildir. Sözün kökü hov kəlməsidir, hovlamaq və hovxurmaq eyni kökdən düzəlib. Zənn edirəm ki, hov kəlməsi hava sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, bizdə san (say) sözü işlədilib. Ondan da saymaq, sayın sözləri əmələ gəlib. “Hörmət etmək” mənasında aya feilini hörmətin sinonimi kimi ayadan əmələ gəlmiş ayaq kəlməsini işlətmişik. Hörmətsiz əvəzinə, ayaqsız sözünü işlətdiyimiz dövrlər olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb mənşəlidir (həvsalət; kök samitləri, h,v,s –dır) və bir neçə mənada işlədilir: səbir; dözüm; sümük (hövsələ sümüyü); çinədan (quşların qida borusunun yoğun hissəsi), kisə; qutan (iri dimdiyinin altında kisəsi olan su quşu) və s. Sözün ərəb dilindəki əsl mənası “kisə”, “qutan” və “çinədan” deməkdir. Ona görə də dilimizdə darqursaq kəlməsi hövsələsi çatmayan(kəmhövsələ, səbirsiz) birləşməsinin mənasını əks etdirir. Deməli, hövsələ(kisə) və qursaq mənaca yaxın kəlmələrdir. Hər ikisi “çökəklik”, “qazan”, “yemin toplandığı yer” deməkdir. Qursaq dar, yemək isə normadan artıq olduqda adama əziyyət verir. Darqursaq anlayışı bununla bağlıdır. Hövsələ sözünün bizim dildə “səbir” mənasını kəsb etməsi onun kisə anlamı ilə bağlıdır: hövsələli “kisəsi (qursağı) geniş olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti