Alınma sözdür, mayıf, maymaq kimi sözlərlə buradakı mayıl arasında qohumluq var. Mayıf, maymaq sözləri “şikəst”, “yorğun”, “zəif” deməkdir. Mayıl rus dilinə “уставать” kimi tərcümə edilib. Deməli, hayıl-mayıl “heyranlıq, vurğunluq, yorğunluq” kimi anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAy feilinin bir mənası “danış” (ayıt) deməkdir. Ayqır sözü də olub və “кричатъ” kimi açıqlanıb.Bu söz (yəni ayqır) “qıy vurmaq” və “qışqırmaq” anlamlarında indi də işlədilir.Deməli, ayqır sinonimlər birləşməsidir, “hündürdən səs çıxarmaq” deməkdir. Hayqır məhz ayqırın bir qədər dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, alınma sözdür, bizdə onun yerində arçıs kəlməsi mövcud olub. “Hermafrodit (xonsa)” mənasında arzu sözü işlədilib. Görünür, ar sözü “ikili” mənasını əks etdirib; arçıs “iki gözü olan qab” (heybə), arsu isə “ikili əlamətə malik şəxs” kimi başa düsülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti