El sözünün sinonimidir, “xalq” deməkdir. El-gün (el-güz, el-cir, el-car kimi də olub) sinonimlər birləşməsi “aləm” mənasını verir. Zənn edirəm ki, elcar (dünya) sözü də onun (el-gün) dəyişmiş formasıdır. Gün sözü “vaxt” mənasında da işlədilir (bir gün gələr...). Qaqauz dilində выкидыш sözünün mənası qünsüz (vaxtından tez doğma) kimi açıqlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGün sözünün təkrarından və bə bağlama vasitəsindən törəyib. Gün bizim sözdür, bə isə farscadır. Necə gəlib girib araya? Niyə dəlmədeşik, az-maz, qarmaqarışıq, darmadağın sözləri ma ilə bağlanır, amma üzbəüz, dalbadal sözləri ba, bə ilə? –ma bizdə əsli ərəbcə olan və bağlayıcısını bildirib, sonra və onu sıxışdırıb çıxarıb; az-maz tipli sözlərdə bu, özünü hifz edə bilib. Əslində, günbəgün tipli sözlərdə də mə olub, sonra dəyişib və bə şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrdəm qəlibi üzrə əmələ gəlib. Yeldəm kəlməsi də mövcud olub (bərk qaçan), yelbə variantında da işlədilib -dəm şəkilçisi təqribən “olan” mənalı söz yaradır: gün-dəm “gündəlikdə olan”, ərdəm “ərlik əlaməti olan”, yeldəm “qaçma əlamətini əks etdirən” və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti