Alınma sözdür. Bizdə onun yerinə puş/püş (навоз) kəlməsi işlədilib (dialektlərdə indi də var). Puş təbii gübrədir, kimyəvi yolla alınmır. Xalq arasında peşoy (paşoy) sözü mövcuddur, püşlə eyni kökə malikdir. Deməli, püş məhz “навоз” deməkdir. Dozanqurdu da “püşqurdu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizin qədim dövründə “qoçaq”, “alp” mənalarını verən kür sözü olub (indi mənasını bir qədər dəyişib, “nadinc” anlamını əks etdirir). Həmin sözdən kürə feili əmələ gəlib (yaş-a-maq qəlibi üzrə güz-ə-mək feili olub və “payızlamaq” mənasında işlədilib), -ş şəkilçisi isə qarşılıq növü bildirir. Güləşmək kəlməsini bəzən güc sözü ilə əlaqələndirirlər, səhvdir. Deyim də olub: qızla gürəşmə, atla yarışma. Gürəşmək sözü mənbələrdə “сражаться” anlamında açıqlanıb. Güləşmək (əsli: gürəşmək) “qoçaqlığını büruzə vermək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir neçə yozumu var:
1. Gül ol, amma tikansız olma (tikanlı gül), xar farsca “tikan” deməkdir.
2. İpək parçanın növlərindən biri gülxara adlanır. Söz onun dəyişmiş forması da ola bilər.
3. “Xar”ın “yemək” mənası da var, “gül yeyən”. İkinci daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti