Giz sözü müşk (yıpar) saxlamaq üçün olan qabı əks etdirib. Deyim də var: müşkü iyi satar. Giz elə qab olub ki, ətirin yayılmasına imkan verməyib. Gizlənmək feili həmin sözdən yaranıb və “bərk saxlamaq, hifz etmək” mənasında işlədilib. İndi məna bir qədər dəyişib, “xəlvət” anlamına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGizləntut, gizləntap, gizlənpaç, gizlənpus kimi müxtəlif formalarda işlədilir. Ədəbi dilimizdə gizlənpaç variantı sabitləşib. Belə güman edirəm ki, gəlmə gizlənmək və pusmaq sinonimlərinin birləşməsindən əmələ gəlib (pus - türk dillərinin çoxunda “спрятатьтся” mənasını verir). Gizlənpaç sözü Anadolu türklərində saklambaç, Aşqabad türklərində qizlənqeçek kimi yazılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDöl ana bətnində olanda onun qidalanması üçün göbək bağı deyilən boru işə yarayır. Doğumda bu bağı kəsirlər, yerdə kiçik bir çuxur qalır ki, ona da göbək deyirlər. Göbək, ilk növbədə, göbələk sözü ilə oxşardır, göbələk isə “köpmək” anlamı ilə bağlıdır, amma göbək çökək olur. Ona görə də məna yaxınlığı özünü göstərmir. Əslində, boru təzə kəsiləndə göbək də göbələk kimi bir qədər domba vəziyyətdə olur. Ad da buna əsasən verilmiş ola bilər. Qurumaq (kepimək) feili mövcud olub (indi təpimək şəklində işlədilir), göbək (köbək) bu kəlmə ilə də bağlı ola bilər, çünki boru kəsildikdən sonra göbəkdə quruma prosesi gedir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə quzu göbəyi ifadəsi var və göbələk (qıcıtqan) mənasında işlədilib. Ehtimal etmək olar ki, elə göbək və göbələk qohumdur. Amma göbələk daha çox “köpmək” anlamına yaxındır. Göbələk papaqlı olur. Deməli, köpmək və göbələk arasında yaxınlıq daha çoxdur. (bax. köbələk). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində öl sözü var və “yaş”, “göl” anlamında işlədilir. Onlar dağ çayına öləqə deyirlər. Ölə kəlməsi ruslardakı смочить sözünün tərcüməsi kimi verilib. Çayır bitkisinə, qurumamış (yaş) ağaca “ölən” deyirlər. Tatar dilində yulğa sözü “çay” (река) anlamında işlədilir. Qaqauzlarda göl yerinə, “qırla” deyirlər. Belə görünür ki, göl sözü öl sözü ilə bağlıdır və “su” mənasını əks etdirir. Lil sözü də bununla bağlıdır. Görünür, rus dilindəki иль kəlməsi də bizim lil kəlməsi ilə qohumdur (lil sözü lilpar kəlməsində də özünü göstərir). Mənbələrdə öl sözü “мокрый”, ölü kəlməsi “мокнуть” mənasında açıqlanıb. M.Kaşğaridə çülmən sözü “durğun su” kimi şərh olunub. Çay sözünün sinonimi kimi ölən kəlməsi də qeydə alınıb. Deməli, göl “su” anlamı ilə bağlıdır, “durğun su” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə (M.Kaşğaridə) bu söz “heyvanın soyulmamış və ya aşılanmamış dərisi” mənasında açıqlanıb (el arasında “heyvanının gönünü al”, yəni “soy” deyirlər). Aşılanmış dəri isə köğüş adlanıb (görünür, köşə sözü də buradandır). Belə zənn edirəm ki, gön sözü göymək (isti saxlamaq) kəlməsi ilə qohumdur: gön bədəni soyuqdan qorumaq vasitəsi hesab olunub. Kalmıklarda gön yerinə köm işlədilir. Dəridən olan su qabına (vedrəyə) könök deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBelə zənn edirəm ki, bu sözün rənglə əlaqəsi yoxdur. O, “od” mənasını verən göy (küy) kəlməsi ilə bağlıdır və günəşə, ulduza, ildırıma görə od mənalı sözlə adlandırılıb. Göy öskürək (qaqauzlar buna “yorğaca”, yəni “silkələyən” deyirlər) birləşməsindəki göy sözü də “yandırmaq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Xəsis sözünün sinonimidir, “yanmaq” anlamını əks etdirən göy (gün, göy...) kəlməsi ilə bağlıdır: xəsis adam başqasına bir şey verdikdə sanki od tutub yanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Kürəkən əvəzinə, bəzi hallarda göy də işlədirik. Adaxlı qıza bir vaxtlar güvəy (qüvəy), adaxlı oğlana isə güvəyi (qüvəyi) deyiblər. Hər iki halda sözün kökü quda kəlməsinə gedib çıxır. Elə kürəkən sözünün özü də quda ilə qohumdur. Tuva dilində toy əvəzinə kuda sözünü işlədirlər. Onlar сватать sözünü qudala kimi tərcümə edirlər. Deməli, bütün hallarda quda kəlməsi evlənməklə (kəbinlə) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti