Qıcıq, qıdıq sözləri ilə kökdaşdır. “Qıcıq törədən (dalayan) bitki” deməkdir. Deyim də var: gicitkan dalayar, əməköməci yalayar (müalicə edər). Sözün ikinci hissəsi tikan kəlməsi ilə əlaqədar deyil, şəkilçidir: qıcıt feilindən –kan (-ğan, -qan) şəkilçisinin köməyi ilə sifət əmələ gəlib və sonradan substantivləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBaş girləmək, başını dolandırmaq ifadələrindəki girlə, dolandır sözlərinin mənası nədir? Mənbələrdə girlənmək kəlməsinin mənası “öz ətrafında sürətlə fırlanmaq” kimi açıqlanıb. Deməli, baş girləmək “yalnız öz işi ilə məşğul olmaq” (öz ətrafında fırlanmaq), “başqa şeyə məhəl qoymamaq” deməkdir. Girlənmək sözünün hərfi mənası fırlanmaq sözü ilə bağlıdır. Sözün kökü farsca gird (girdə) kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti