Gəm qantarğada atın ağzına salınan hissənin adıdır (qabaq sümükdən olub, ona görə də gəm adlandırılıb, indi dəmirdən düzəldilir). Harın atların ağzına gəm vermək çətin olur. İndi ipə-sapa yatmayan adamlara da “gəmalmaz” deyirlər, məcazı mənadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars dilində kəne sözü “bit” (heyvanda) və “gənə” anlamında işlədilir. Əbu Həyyan bu sözün yerinə saqurqa kəlməsini işlədib, (qan) “soran” deməkdir. Güman ki, iskənə (bu, farscadır) sözündəki kənə hissəsi də həmin sözlə bağlıdır. Gənə “deşən”, “soran” deməkdir. Gənəgərçək adlı bitkinin adındakı gənə hissəsi də məhz “клещ” deməkdir (bitkinin adı rusca “клещевина”dır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLatın dilində gərmə sözü var və “isti” deməkdir. Söz həmin mənada fars dilində də işlədilir, Yunan dilində də var (görünür, termo sözü də buradandır). Gərmə bizə ocaq üçün hazırlanır, peyindən düzəldilir. Bizə farslardan keçib. Təzək sözü də gərmə sözünün sinonimidir və fars mənşəlidir. Mənbələrdə bazok sözü “təzək hazırlamaq üçün olan qəlib” mənasında açıqlanıb. Təzək isə ruscaya belə tərcümə edilib: “топливо из сушеного скотского помета”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki ağac növü şov komponenti ilə bitir: gərməşov və mürdəşov (murdarça). Gərməşov –“gərilə (əyilə) bilən, sınmayan, elastik olan şov (əsli: şiv)” deməkdir. Mürdəşov isə “murdar şiv” deməkdir (uşaq ondan əl ağacı düzəldəndə valideynlər icazə vermirlər ki, pis ağacdır). “Mürdəşə – dur döşə” (davaya səbəb olur) deyimi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGərmək feili, gərgin sifəti ilə qohumdur. Gərnəşmək əzələlərin gərilməsi ilə bağlıdır. Sözün əsli gər-in-ə-əş kimi olub, -in şəkilçisi gər feilindən biçin qəlibi üzrə ad düzəldib, -ə şəkilçisi oyun-a, güc-ə (n) qəlibi üzrə feil əmələ gətirib, -əş isə daraş qəlibi üzrə feil əmələ gətirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGəşt fars sözüdür, “gəzmə”, “seyr” mənalarını əks etdirir. Poeziyada çox işlədilib: Hərdəm-hərdəm gəşt edir bu yerlərə, / Aşiqi salmasın yaman hallara. (M.Cümə) Gəşt və gərdiş qohum sözlərdir. Gedişat kəlməsi də gərdişat sözünün təhrifidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə gəyir və gəgirdək sözləri var, “boğaz”, “nəfəs borusu” mənasında açıqlanıb. Görünür, gəyirmək, ximirçək, qırtlaq, xirtdək sözləri “boğaz” mənasında işlədilmiş gəgir kəlməsi ilə qohumdur. Gəyirmək mədədəki qazın boğazdan bayıra çıxması deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQoz, nar kimi meyvələrin qabığına və onun rənginə gəzəl, gəz deyirik. Fars dilindən gəlsə də, əsli sloven (Yuqoslaviyada xalqdır) sözüdür. Onlar ağac qabığından hazırlanmış səbətə “kozol” deyirlər, sözün əsl mənası “qabıq” deməkdir. Qabığın rənginə də gəzəl (və ya gəz) deyirlər. Gülgəz sözündəki gəz hissəsi də rəng deməkdir. Gülgəz “gül rənginə bənzəyən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti