Farscadır, bizdə bölüşdürmə bağlayıcısı kimi işlənən bu sözün mənası farsca “zaman”, “vaxt” deməkdir. Bağlayıcı kimi zaman, şəkilçi kimi yer bildirir (iqamət+gah...). Gah bağlayıcısının yerinə biz ara sözünü işlətmişik: ara ot yeyir, ara su içir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır, xışın torpağa girən əyri hissəsinə deyirlər. Onun ucuna dəmir tiyə salınır (farslar buna tiğe gavahın deyirlər). Rusca bu tiyə “лемех” adlanır, bizdə “ucluq” deyirlər. Gavahın sözünün əsli gavahən kimidir, hərfi mənası “öküz dəmiri” deməkdir, indi “kotan”, “xış” anlamlarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGav farsca “inək” deməkdir (gavmış isə “camış”dır). İlk baxışda güman etmək olar ki, bu meyvə “inək yemi” (meyvəsi) deməkdir. Amma mənbələrdə onun qara alı forması da var. Görünür, qara sözü təhrif olunub və gav şəklinə düşüb (qərb dialektlərində buna göyəli də deyilir). Görünür, rənginin göy olması, göyəmə bənzəməsi ilə bağlıdır. Gavalı sözünün qədim forması qara ərik kimi olub (ərik çəyirdəkli meyvələrin ümumi adını əks etdirib). Alı fars dilində çəyirdəkli meyvələrin ümumi adıdır. Слива sözü də latınca “синоватый” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSinonimi tün kəlməsi olub; tün və dün (yəni dünən) sözləri qohumdur: dün (dünən) “tündən (gecədən) əvvəlki gün” deməkdir. Mənbələrdə gec (опаздывать) feili var, ondan əmələ gəlmiş gec-ə kəlməsi “поздный вечер” kimi açıqlanıb. Deməli, gec ad-feil omonimi ilə gecə sözü qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Bütün gecəni yatmamışam” deyirik. Gecəni sözündəki son şəkilçi nə bildirir? Bunu bəzən təsirlik hal hesab edirlər. Doğru deyil. Gecəni, günü, ili tipli sözlərdəki son şəkilçi mənsubiyyət bildirir; gecə boyu, il boyu birləşmələrindəki boy sözü ixtisar edilib və şəkilçi əvvəlki sözə keçib (müqayisə et: mənim kitabım yerinə, sadəcə olaraq, mənimki deyirik). Allahqulu sözündə birinci komponent ixtisar olunanda adamın adı Qulu şəklinə düşür. Deməli, gecə boyu birləşməsindəki boy hissəsinin ixtisara düşməsi və onun şəkilçisinin əvvəlki sözə artırılması mümkün olan haldır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGediş, eniş tipli kəlmələrin qəlibi üzrə əmələ gəlib. Sözün əsli gen-i-ş (genimək feili ilə bağlıdır) olub, sonra -i şəkilçisinin biri reduksiyaya uğrayıb, sıradan çıxıb və söz gen-i-ş şəklini alıb. Yəni geniş sözü birbaşa gen sifətindən yox, geni feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBelə hesab edirəm ki, söz “görmək” feili zəminində yaranıb. Tarixən insanlar gördüklərini həqiqət hesab ediblər (“gör-gör, kor-kor”, “aşıq gördüyünü çağırar”, “dünya gör-götür dünyasıdır”…). Görcək sözü tədricən gerçək şəklini kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə ged sözü geymək feilinin sinonimi kimi verilib. Gigir sözü “вводить” mənasında açıqlanıb. Ehtimal ki, sözün əsli gir feili ilə bağlıdır: qədimdə insanlar paltar yerinə dəridən istifadə edib (dəri sözünün mənası “kisə” deməkdir), onun içinə giriblər. Sonra gir sözü dəyişib və gey formasını kəsb edib. Bu sözü köy (isti) kəlməsi ilə də bağlamaq olar. Geyim bədəni isti saxlamaq vasitəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİzahı belədir: ölü bir qayda olaraq şişir. Türk dillərinin bəzilərində (məs, qaqauz dilində) hamilə yerinə qebə işlədilir. Qebermə (gəbərmə) isə ruscaya “издыхать” kimi tərcümə olunub. Deməli, gəbərmək sözü “şişmək” anlamı ilə bağlıdır. Bir vaxtlar nehrə yerinə, də qobe, qebe demişik, şiş (qabarmaq) anlamı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti