Ərəbcə eyb və farsca cu (axtarmaq, istəmək mənasını verən costən məsdəri ilə bağlıdır) sözlərinin birləşməsindən əmələ gəlib. Hərfi mənası “eyb axtaran” deməkdir, indi “gözəl olmayan” anlamında işlədilir. Eybcu kəlməsi sudəcər, lərdəcər sözlərinin təsiri ilə təhrif olunub və eybəcər şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİydir kimi olub. “Yedirt” mənasını əks etdirib. “Canına-qanına hopdurmaq” deməkdir. Söz “tələsdirmək, yumşaltmaq, oxşamaq, əmizdirmək, tumar çəkmək, sığallamaq” kimi müxtəlif mənalara malikdir. Ehtimal ki, sonuncu mənalar ey (yey, yəni yaxşı) sözü ilə bağlıdır. Deməli, yaxşı mənasını əks etdirən ey kəlməsi ilə tələsmək mənasını əks etdirən ey sözü omonim sözlər olub, tələsmək yerinə evmək, tələsən əvəzinə evək sözləri də işlədilib. Eydirməyin “tələsmək” mənası bununla bağlıdır və ey (yey) kəlməsinə dəxli yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə dərini aşılamaq üçün “закваска” mənasını verən ey sözü olub, eymə həmin kəlmə ilə qohumdur və ad-feil omonimi kimi işlədilib. Qabaqlar aşı maddəsi kimi ayrandan da istifadə edilib. Ola bilsin ki, ey “ayran”la qohum sözdür. Eymə -içində ağartı saxlamaq üçün aşılanmış, tüksüz dəriyə deyirlər. Deməli, ey (aşılamaq) kəlməsi zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQorxmaq, ehtiyat etmək, çəkinmək anlamlarında işlənir və mənbələrdə ayman, eymən, ayın formalarında yazılıb. Sözün kökü “ay”dır, mənası “qorxu” deməkdir. Mənbələrdə aya “опасаться”, ayat “qorxut” mənalarında işlədilib. Deməli, eymən sözü ay-a-man kimi olub və formasını dəyişərək eymən şəklini kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti