Çığatay dilində yəlman sözü olub (rus dilinə də keçib), mənası tiyə, bıçaq deməkdir. Güman ki, adam adı olan Elman sözü yəlman kəlməsinin dəyişmiş formasıdır. Elman sözü Orxan (kəsib-tökən xan) anlamına uyğun gəlir. Ikinci yozum: Elman “eli böyük” (müq. et: şişman...) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Sözün etimonu ir kəlməsidir və tez deməkdir. Anadolu türkləri nəyi isə sonrakı günə (aya...) saxlamağı bəyan edərkən ertələ sözünü işlədirlər.
2. Bazar ertəsi deyirik. “Sonrakı” mənasında işlədilən ərt (yert) sözü olub. Tuva dilində sabah yerinə erten işlədilir. “Tez” mənasını verən ertə kəlməsi ilə bunların heç bir qohumluğu yoxdur, omonim sözlərdir. İkinci söz erkən kəlməsi ilə qohumdur (sözün kökü er kəlməsidir). Bazar ertəsi ifadəsinin mənası “bazar keçdikdən sonra (bazardan sonrakı gün)” deməkdir. Ertə sözü mənbələrdə erqe, erten, yerte kimi də yazılıb. Söz həm də ötə şəklində qeydə alınıb. Güman ki, ötmək (keçib getmək) feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEş sözü mövcud ədəbiyyatda “burmaq” kəlməsinin sinonimi kimi açıqlanıb. Eş feilindən çapala, səpələ sözlərinin qəlibi üzrə əmələ gəlmiş eşələ kəlməsi qazmaq, qurdalamaq, axtarmaq (xoruz zibilliyi eşələyirdi...) mənasını verir. Burmaq mənasını verən eş sözü ilə qazmaq mənasını verən eş sözü arasında heç bir qohumluq yoxdur, ikinci kəlmə deşmək feilinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQulaq sözü ilə bərabər onun sinonimi kimi uş kəlməsi də mövcud olub (görünür, rus dilindəki ухо, farslardakı quş sözləri də bununla qohumdur). İndi həmin söz sıradan çıxıb, amma eşit (qulaq as) şəklində onun eş forması qalmaqdadır. Söz belə yaranıb: eş (isim), eş-i (bərk-i-mək qəlibi üzrə) feil, eşit – təsirsiz feildən düzələn təsirli feil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində bu sözün əvəzinə elçiqen işlədilir (adam daşıyan, eli çəkən). Eşşək sözü qabaqlar işlək kimi olub (iş görən) və sonra forma dəyişməsinə məruz qalıb və indiki səs tərkibində sabitləşib. Deməli, söz iş kəlməsi zəminində yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti