Ərəb sözüdür, müdərris, tədris, idris sözləri ilə eyni kökə malikdir. Təlim-tərbiyənin əsas təşkil forması kimi “müəyyənləşdirilmiş”, “normaya salınmış” (vaxt) anlamını verir. Bu prosesin əsas şərti “vaxt”dır (deyək ki, 45 dəqiqədir). Sinif isə “qrup” deməkdir. “Sinif-dərs sistemi” anlayışı müəyyən qrupun (sinif) müəyyən vaxtda (45 dəqiqə) məşğul olması ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKeçmişdə taxılı oraqla biçir və dərz halında belini bağlayırdılar. Dərz fars dilindən alınma sözdür, mənası “tikmə, bağlama” deməkdir. Dərzi sözü ilə eyni kökə malikdir. Dərzin belini bağlayan vasitə -bafa (kökündən qoparılmış küləşli sünbül) adlanır və bu da fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaylaqda coma (əsli: koma), alaçıq və ya dəyə qururlar. Coma və alaçıq az fərqlənir: alaçıq comanın bir qədər mədəni formasıdır, yay fəsli üçündür. Dəyə isə qış üçündür və qazma yolu ilə düzəldilir. Güman edirəm ki, bu söz pəyə (qazmadam) kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti”Bir yerdə fırlanmaq”mənasını əks etdirən təqir sözü olub. Təkər sözü də etimoloji baxımdan “dəyirmi”deməkdir. Tərmək kəlməsi mənbələrdə “fırlanan”kimi açıqlanıb. “Dairə” anlamında tir (təqirə) sözü işlədilib. Bunlar sübut edir ki, təkər, dəyirmi, dəyirman sözləri eyni kök zəminində əmələ gəlib. Dəyirman kəlməsinin birinci hissəsi (dəyir, dəqir) “oxu ətrafında fırlanan” deməkdir, -man isə daşın fırlanmasının çoxluğunu bildirir. Bəzi türk dillərində dəyirmançı sözünün yerinə ügütücü (üyüdən) işlədilir. Tekrə, takirmə sözləri ilə dəyirman (daşı dəyirmi olan) qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGözü dəyməl adamdır deyirik. Sağmal, dadamal kimi sözlərdə -mal2 şəkilçisi feildən ad (sifət) düzəldir. Dəyməl göz o gözdür ki, adama pis təsir edir və onun işi pis nəticə verir. Deməli, dəyməl sifəti də dəy feilindən –məl şəkilçisinin vasitəsi ilə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti