Sinonimi kimi bələkkəsdi, göbəkkəsdi, beşikkərtmə sözləri ilə də işlədilir. Deyikli sözü demək feilindəndir: valideynlər oğlanla qızı uşaq vaxtdan evləndirəcəkləri barədə bir-birinə söz deyirlər. Göbək kəsilən andan (göbəkkəsdi), beşiyə qoyulan vaxtdan (beşikkərtmə) “nişanlama” deməkdir. Demək feilindən deyik (bil-ik qəlibi üzrə) ismi, ondan da deyikli sifəti əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mülahizə söyləmək olar:
1. V.V. Radlov əsərində söz çokul kimi verilib və yox kəlməsi ilə bağlıdır.
2. Fars dilində “yalan, həqiqət olmayan” mənalı çoğul sözü var. İkinci yozum yalnız o vaxt real ola bilər ki, çoğul sözünün mənaca dəyişməsi prosesi sübuta yetirilsin. Bəzi türkoloqlar sözün pleonastik yolla (əvəzliyin sözə iki dəfə artırılması) yarandığını bəyan edirlər. M.Kaşğaridə Ol andağ dağ ol (o, belə deyil) cümləsi var. Amma buradakı dağ sözünün mahiyyəti hələ açılmamış qalır. Güman edirəm ki, dağ sözü yox kəlməsinin dəyişmiş formasıdır və deyil sözü, əslində,“yokol” deməkdir. Türkmən dilində “başqa”,”özgə” mənasını verən del sözü var. Deyil kəlməsi bununla da qohum ola bilər. Üçüncü və etibarlı yozum belədir: Anadolu türklərində başqası mənasını verən dağı (dağın) sözü var. Deyil kəlməsi onunla bağlıdır.Güman ki, M.Kaşğaridəki dağ kəlməsi ilə Anadolu türklərində işlədilən dağı sözü eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü demək feİlindən ibarətdir. -in şəkilçisi qayıdış növü, yəni leksik vahid düzəldir. -gən şəkilçisi feildən sifət düzəldir (xatırladım ki, qayıdiş növ leksik vahid olmasa, -gən şəkilçisini qəbul edə bilməzdi. Ona görə də feil növlərinin leksik vahid olub-olmaması barədəki mübahisələri yersiz hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrə inansaq, fars sözüdür. Azərbaycan dilində onun müqabilində dımıq (ehtimal ki, dimdik sözü ilə bağlıdır, çünki dəhrənin burnu dimdiyə oxşayır), burnuəyri sözləri işlədilib. Sonra dəhrə onları sıxışdıraraq sıradan çıxarıb. Farsca mənası “əyri” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti