Dağılmaq, dağınıq, darmadağın kəlmələri ilə qohumdur. Sözün kökü “dağ”dır. -ı şəkilçisi isimdən feil düzəldib (bərk-i-mək qəlibi üzrə). İndi dağı feili müstəqil söz kimi işlədilmir, amma dağı-t, dağı-l sözləri göstərir ki, dağı törəmə kökdür. Bəs niyə ilk kök “dağ”dır? Çünki dağıtmaq “bu dağdan o dağa səpələmək”, ”diyarbadiyar etmək” deməkdir. İkinci ehtimal da var: söz, əslində, yağıtmaq kimi olub ki, bu da yaymaq feili ilə bağlıdır. Türk dillərində d-y əvəzlənməsi mümkündür. Məsələn, qabaqlar quyu yerinə, qudu işlədilib və s. Deməli, dağıtmaq sözü yaymaq kəlməsi ilə qohum ola bilər. Darmadağın (əsli: dağ-ma-dağ-ın) sözü də dağıtmaq kəlməsi ilə qohumdur. Darmadağın kəlməsinin birinci komponenti (dağ) feil deyil, -ma bağlayıcıdır (“və” deməkdir), dağın isə feildən düzəlib (dağ-ı-n). Əslində, dağıl, dağıt formaları göstərir ki, törəmə kökü dağı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDaqqa sözünün qədim kökü daq kəlməsidir; “qab” mənasında işlədilib və çanaq kimi ölçü vahidi olub. İndi həmin kəlmə şəkilçiləşmiş formada bardaq, cürdək kimi sözlərdə müşahidə olunur. Papağın forması daqqaya oxşadığından (yəni овалный olduğundan) daqqapapaq kəlməsi meydana çıxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvanlarda cinsi əlaqəni ümumi şəkildə höyürə gəlmək ifadəsi əks etdirir. Mənbələrdə höyur sözü erkək kimi açıqlanıb. Bununla belə, qoyun qoça gəlir, inək buğaya gəlir, camış kələ gəlir və s. Burada heyvanın erkəyinin adı ön plandadır. Amma it köpəyə gəlmir, at ayğıra gəlmir... İt (canavar, çaqqal...) kürsəyə gəlir. At, eşşək, dəvə dalaba gəlir. Niyə? Kürsək sözü mənbələrdə belə açıqlanıb: kürsə (kürü sözü ilə bağlı olmazmı?!) sözünün mənası cinsi qızışma deməkdir, feildir. Kürsək isə həmin feildən əmələ gəlmiş isimdir. Görünür, kürü sözünün kökü “kür”dür. -cə şəkilçisi “susamaq”qəlibi üzrə onu feilə çevirib. -k (-ək) şəkilçisi isə feildən ad əmələ gətirib. Bu baxımdan kürsə “kürüyə meyl etmək” deməkdir. Dalab, məncə, döl və ab hissələrindən ibarətdir, döl öz sözümüzdür, ab isə farscadan (hərfi mənası”dölsuyu-sperma” deməkdir). Başqa yozum da mümkündür: dalabagəlmək, əslində, “tələbə gəlmək” (tələbi ödəmək) deməkdir. Qaqauz dilində dalap ”tələb”, talaf isə “at xəstəliyinin bir növü” kimi açıqlanır. Bunlar hələlik subyektiv mülahizələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu bədəndə uzunluğu 12 sm olan bir çıxıntıdır. Mənbələrdə dalaq anlayışı müxtəlif sözlərlə (dal, ayranlıq, sulaq, göy bağır...) ifadə olunub. Həmin sözlərin hər biri dalağın bir əlaməti (rənginin göy olması, çıxıntı şəklində olması, artıq qanı özündə saxlaması və s.) əsasında işlədilib. Struktur baxımından dalaq feildən törəyib (budamaq və budaq qəlibi üzrə), deməli, sözün mənşəyi feillə bağlanmalıdır. Dalaq həm də sancı sözünün sinonimi kimi işlədilib (“dalağım sancdı” deyirik). Sözün kökü dal ismidir, dala ondan törəmiş feil, dalaq isə feildən əmələ gəlmiş isimdir. Dalaşmaq, yəni “bir-birini sancmaq” (dalamaq) sözü də dalaq sözü ilə qohumdur. Əgər bizdə dalaq yerinə göy bağır, sulaq və s. işlədilibsə, dalaq fars mənşəli də ola bilər: mixək (mix və kiçiltmə şəkilçisi olan -ək) qəlibi üzrə də dalək (kiçik çıxıntı) kəlməsi yaranmış ola bilər. Bəzi dillərdə qarın boşluğunda olan üzvlərin hamısı bağır (ciyər)adlanır. Dalağa həm də göy bağır deyilməsi də bununla bağlı ola bilər. Farslar içalat yerinə, ciyərbənd işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBuna rus dilində “стоног”deyirlər. Qatdalaq (dalağın şişməsi) xəstəliyinin müalicəsində istifadə olunub. Adı da buradandır. Xalq təbabətində bir vaxtlar ondan çox istifadə olunub. Pişikotu (valeriana), dişotu (şalfey) sözlərinin qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFeilin qarşılıq növündə olan sözdür, ”bir-birini dalamaq” deməkdir. Dalamaq isə “dişləmək, qıcıqlandırmaq” mənasını verən sözdür. Gicitkanın dalaması da onun adının belə olmasına (gicitkan, “qıcıq törədən” deməkdir) gətirib çıxarmışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli dalda kəlməsi ilə bağlıdır. Gilə sözü giley şəklinə düşdüyü kimi, dalda sözü daldey formasını kəsb edib. Y samiti açıq a səsini yarımqapalı e saitinə çevirib, -ey hissəsi güney, quzey sözlərindəki ilə də uyğun ola bilər (“tərəf” deməkdir). Ən etibarlı yozum belədir: söz dal-da-ey kimi olub, ey “tərəf” deməkdir: gün-ey “gün düşən tərəf” və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDalğa, dalğıc, dalğın kəlmələri ilə kökdaşdır. Qədim mənası “batmaq, qərq olmaq” deməkdir (xəyala dalmaq, suya dalmaq...). Dalğa – suyun sanki qabarması (qalxması) və çəkilməsi (batması) kimi anlaşıla bilər. Xəyala dalmaq, dalğın kimi söz və ifadələrdəki dal hissəsi feildir və “yüklənmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində “adamın yem axtarmaq üçün özünü ora-bura vurması” anlamında işlədilir. Türkmən dilində isə “yalanmaq” mənasını verir. Ehtimal ki, sözün əsli yalmınmaq olub, “yalamaq üçün nəsə əldə etməyə cəhd göstərmək” deməkdir. Türk dillərində d-y əvəzlənməsi özünü göstərə bilir (quduq və quyu...) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, bizdə qanraq sözü olub. “Kef” (damağım çağdır!), “beyin” anlamlarında işlədilən söz olub. İndi məna dəyişib, rus dilindəki “неба” mənasında başa düşülür. Mənbələrdə bunun mənası “boru” kimi açıqlanıb. Fars dilində də var, onlarda “bitkinin kökü” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti