Sözün əsli dümtək kimi olub. Düm“sağ”, tək isə “sol əl zərbəsi” deməkdir. Deməli, “iki əllə çalınan alət” mənasını verir (hərfi mənası sağ-“sol əl” kimi anlaşıla bilər). Omonimi də var: “quyruq”deməkdir və fars mənşəlidir. Farslarda dombe, dombalçe sözləri “arxa tərəf” mənasını əks etdirir. Dümbək (dombe-ək) sözü kiçik “quyruq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBurmaq sözünün təhrifi ilə bağlıdır. İçinə pendir qoyub burulmuş (bükülmüş) lavaşa deyirlər. “Buterbrod” mənasına yaxın anlamda işlədilən bu söz qabaqlar torqek kimi yazılıb və loğalaqlama şəklində açıqlanıb. Sözün əsli ya burmaq (bürümək) feili, ya da “dəyirmi” mənasını verən tövərək sözü ilə bağlıdır, birinci yozum daha etibarlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBelə zənn etmək olar ki, sözün əsli quşbərə olub. Quş farsca “qulaq” deməkdir. Düşbərə zahiri formasına görə qulağa bənzəyir (пельмени sözündəki пел də udmurt dilində “qulaq” anlamını verir), ona görə də quşbərə adlanıb, bərəhissəsi isə farsca “quzu” deməkdir. Düşbərə zahirən quzunun qulağına bənzəyir. Buna “qazan bükməsi” də deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman ki, sözün kökü “kənarlaşmaq” mənasını verən daş (dış) kəlməsindən ibarətdir. “Ruhdan düşmək”, “həvəsdən kənar olmaq” deməkdir. Düşkün “xoşbəxtlikdən uzaq” deməkdir. Söz “düçar olmaq” mənasında da işlədilir,amma bu halda tuş olmaq, rastlaşmaq kəlməsi ilə bağlıdır, omonimdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti