Mənası “yumru” (kürə kimi olan) deməkdir. Dombalaq aşmaq “yumrulanaraq hərəkət etmək”dir. Güman ki, top, təpə, topa sözlərinin dəyişmiş formasıdır. Qərb dialektlərində toppa, toppuş sözləri var və domba yumru sözlərinin sinonimi kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMəsəl var: gözəllik ondur, doqquzu dondur. Niyə palto, pencək... yox, məhz don? Don sözünün qədim mənası “paltar” (bütün növlər üzrə) deməkdir. Zənn etmək olar ki, dondan (soyuqdan, donmaqdan) qorunmaq vasitəsi olduğu üçün elə “don” adlandırılıb. İndi don sözünün mənası daralıb və o, hər cür paltarı deyil, yalnız qadın paltarının xüsusi növünü bildirir. Suyun donması və don (paltar) eyni kökə malikdir, “qabıq” deməkdir (buz suyun qabıq bağlaması, paltar (don) adamın qabığa girməsidir). Mənbələrdə bu sözün mənası “atın rəngi” (ruslar buna ” мастъ” deyirlər) anlamında da verilib (paltar anlamına uyğun gəlir.) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇıxardığı səslə bağlı təqlidi sözdən törəmişdir (donqultu sözünü yada salın). Dünya dillərinin çoxunda təqlidilik əsas götürülür (məsələn, qədim hind dilində sukaras kəlməsi “su-su səsini çıxaran” deməkdir və rus dilindəki свиньйа da buradan əmələ gəlib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAnadolu türklərində donuzluq sözü var və “qəddarlıq” anlamında işlədilir. Bizdə donuzluq yerinə, bəzən “murdarlıq”, “qəddarlıq” işlədilir. Türkiyədə yumru yerinə, domru (bizdədumru) işlədilir. Deməli, donuzluq “dəyirmi” (möhrə, möhür kimi olan, toppuzluq) deməkdir. Farslar qayka yerinə,möhrə işlədirlər. Türkmənlər donuzluq əvəzinə “möxre” deyirlər. Dəyirmanın topu dairəvi möhür kimi) olduğundan bu daha inandırıcıdır. Belə olduqda dopuzluq kəlməsinin dəyişmiş forması kimi qəbul etmək olar. Söz qoduqluq kəlməsinin təhrifi ilə bağlı ola bilər. Qoduqluq “zirzəmi”, “quyu” (quduq) anlamlarını əks etdirən bir kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Səs” mənasını əks etdirən tavuş kəlməsi olub. Bundan da tövşümək, dovşan sözləri əmələ gəlib. Dovşan sözü tövşümək feili ilə kökdaş olub. Dovşan sözü “yovşan”la da qohumdur. Yovşana “dovşanotu” da deyiblər. Dovşan çöldə, əsasən, yovşanla qidalanır. Bu baxımdan onların arasında qohumluq əlaqəsi ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTox, dol, toy kəlmələri ilə qohumdur. Etimon do(to) feilidir. Ondan tox (doymuş), toy (məclis), dol (çox olmaq) kimi sözlər əmələ gəlib. To etimonu “çoxluq” (çox olmaq) anlamını əks etdirir. Filankəsə toy tutacam (üstün gələcəyəm) deyimi, doy gəlmək (üstün gəlmək) ifadəsi də, ehtimal ki, to etimonu ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDonuz kəlməsi ilə heç bir əlaqəsi yoxdur. M.Kaşğaridə qonuz sözü “peyin” mənasında işlədilib. Qurdun növləri çox olduğundan “жук”u onlardan fərqləndirmək üçün “qonuz qurdu” adlandırıblar, qonuzqurdu isə təhriflə bağlı dozanqurdu şəklinə düşüb. Ruslardakı навоз kəlməsi bəzi türk dillərinəmayız kimi (mənası: “inək ifrazatı” deməkdir) tərcümə edilib. Türkmən dilində donuzlanmaq sözü “natəmiz olmaq” mənasında işlədilir. Ehtimal ki, elə navoz sözü də mayız sözü ilə bağlıdır (навоз sözünü возить, yəni tullamaq sözü ilə bağlayırlar, “mayız”la bağlı olmasını daha doğru hesab etmək olar). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti