Dilimizdə indi müstəqil işlədilməyən dir sözü olub, ondan dir-ə, dir-sə, diz (r-z əvəzlənməsi ilə bağlıdır) sözləri törəyib. Dirə və dirsə feilidir; -sə şəkilçisi adlardan arzu, istək, meyil bildirən feil əmələ gətirib (su-sa), həmin qəlib üzrə dir-sə feili, ondan isə dir-sə-k ismi yaranıb. Türk dillərində “balka” mənasında tir ismi və “подпирать” anlamında onun feil korrelyatı olub. Diz və dirsək sözləri tir ismi ilə qohum ola bilər. Başqa yozum: tuva dilində dızıla (dazıla) sözü “soyunmaq” anlamında işlədilir. Onda diz “lüt yer, ətsiz yer” kimi də başa düşülə bilər. (Tuvaca dızır“голое место” kimi açıqlanıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDoğra şəklində də yazılıb. Türkmən dilində doqral kəlməsi var və ruscaya “становитьсяпрямым”kimi tərcümə olunub (müqayisə et: özünü doğrult, yəni düzəlt). Danışıqda (xüsusən Bakı əhli arasında) to deyil (düz deyil) ifadəsi çox işlənir. Doğru (doqra, to) sözünün mənası əyri sözünün əksidir, “düz” (“tərəf” mənası da var) deməkdir. Belə zənn etmək olar ki, doğru sözünün kökü “mənbə” (adekvat) mənasını verən doğ ad-feil omonimi ilə bağlıdır; doğanaq, doğmaq (gün doğdu-“gün mənbədən çıxdı” deməkdir) kəlmələri də həmin doğ sözü ilə bağlıdır. Başqa bir yozum da mümkündür. Türkmən dilində “turıqa karay” cümləsi “düz bax” deməkdir; həmin dildə turqı kəlməsinin mənası “duz” (прямой) kimi açıqlanıb. Buna əsaslanaraq deyə bilərik ki, sözün kökü doğ deyil, dor (dur, düz) feilidir. Başqa yozum: həqiqət, “qanunauyğunluq” mənasında törülük-doğuluq sözü, “düz olmayan” mənasında isə törüsüz-doğusuz sözləri olub. Belə çıxır ki, doğru sözü qanuni mənasını əks etdirib, qanuni isə “düz” deməkdir.Tuva dilində doğru sözünün yerinə dort kəlməsi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBaşqırdlarda tuğız, qazaxlarda toğız kimi işlədilir. Güman ki, doğmaq feili ilə bağlıdır: “8-dən sonra doğan” (peyda olan) deməkdir. 6 yeddinin alt tərəfidir, 7- yetmək feili ilə bağlıdır, 40 qırılmaq feili ilə qohumdur və s. Doqquz “doğmaq”la qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDolanmaq kəlməsi ilə qohumdur, “ətraf” mənasında işlədilir. Dolayı yolla, birbaşa deyil, kənar vasitələrin köməyi ilə iş görməkdir. Dolanbacsözü ilə kökdaşdır. Əvvəllər “ətrafına fırlanmaq” mənasını əks etdirən dol feili mövcud olub (indi dolma sözündə qalır). “Çevirmək”dən çevrə əmələ gəldiyi kimi, “dolamaq”dan da indi işlədilməyən dola ismi əmələ gəlib. –yı şəkilçisi isə dola ismini sifətə çevirib (buğda ismindən buğdayı sifəti düzəldiyi kimi, dola ismindən də dolayı sifəti əmələ gəlib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİndi müstəqilliyini itirmiş dol (ətrafına “fırla, dola” mənasında işlədilib) feili ilə bağlıdır və bəzi türk dillərində sarıma kimi işlədilir. Dolayı sözünün də qədim kökü məhz dol feili ilə bağlı olub, çəkilmiş ətin üzərinə yarpaq dolamaqla bişirilən xörəyin adıdır. Doldurmaq feili ilə heç bir əlaqəsi yoxdur (bəziləri dolma və doldurmaq sözlərini kökdaş hesab edirlər, səhv fikirdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir neçə mülahizə söyləmək olar:
1. “Bərk olmaq” mənasını verən dolmaq feili ilə qohumdur, boş (yumşaq) sözünün antonimidir.
2. Donmaq feili ilə ilə bağlıdır, havada donduğu üçün “donuq” adlandırılıb, sonra donu, nəhayət dolu formasına düşüb. Başqa dillərlə müqayisə 2-ci ehtimalın doğruluğuna əsas verir, litva dilində qruodas sözü var (qrad şəklində rus dilinə də keçib) və “donmuş” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti