Dilimizdə “yaşamaq”, “durmaq” anlamını verən dir feili olub, türkmən dilində həyat əvəzinə, indi dəturmuş işlədilir. “Ütmək”dən ütü yarandığı kimi, həmin qəlib üzrə “dirmək”dən də diri sözü əmələ gəlib. Güman ki, dir feili durmaq feilinin əsasında yaranıb. Dursun adı da, Tural sözü də bununla bağlıdır. Deməli, diri sifəti durmaq (yaşamaq) feilinin kökü olan dur zəminində əmələ gəlmiş dir feili əsasında yaranıb. Yəni dur sözündəki sait dəyişərək i şəklinə düşüb və beləliklə, həm yeni məna, həm də yeni forma meydana çıxıb. İndi də durmüstəqilliyini saxlayıb, dir isə saxlaya bilməyib,yalnız diri halında mövcuddur. Duru (su) sifəti ilə diri (adam) sifəti eyni qəlib üzrə yaranıb. Qədimdə dir(жить) feili müstəqil işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏvvəllər dir müstəqil kök olub, ondan dir-ə-mək və dir-sə-mək feilləri yaranıb (indi sonuncu müstəqil işlədilmir). Deməli, sözün etimonu “dir”dir, “balka” (tir) mənasında işlədilir, -sə isə meyil bildirir, adlardan feil əmələ gətirir (məsələn, su-sa-maq). Dirə feilindən dirə-n-mək, dir-ə-k kimi yeni sözlər əmələ gəlib. Dirsəmək feili əsasında isə dir-sə-k ismi yaranıb. Quba rayonunda dəvənin hürgücünə də dirsək deyirlər. Bu bir daha sübut edir ki, dirsək kəlməsi həm də çıxıntı mənası ilə bağlıdır. Başqa türk dillərində dirsək sözünün bir mənası rus dilinə “изгиб” kimi tərcümə olunub (əyri deməkdir), çay dirsəyi birləşməsini yada salın. Deməli, dir kökündən, həm dirsək, həm də dirək əmələ gəlib. Dirsəklən sözü “dirsək vasitəsilə dirənmək” deməkdir. Dir sözündən r-z əvəzlənməsi nəticəsində diz kəlməsi yaranıb. Diz sözü də dir şəklində olub, sonra gör və göz qəlibi üzrə dəyişmələrə məruz qalıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Həm də 0,65 metrlik uzunluq ölçü vahidi olub. Sinonimi yığınaq kəlməsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLatınca disk, diskussiya, disput, dissertasiya sözləri qohumdur, “dairə” anlamı ilə bağlıdır: disk dairəvi olur, qabaqlar disput zamanı dairəvi oturublar və s. Disputla diskussiyanın fərqi: disput zamanı opponent və onun fikri əvvəlcədən məlum olur, mübahisə şifahi aparılır (məsələn, dissertasiya müdafiəsi), diskussiyada belə olmur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLitva dilində bu anlamda işlənən sözün hərfi mənası “острый” deməkdir. Güman ki, diş, şiş, deşmək sözlərinin hər üçü tarixən eyni kökə malik olub, “iti” anlamını əks etdirib. Beləliklə, diş kəlməsi deşmək feili ilə kökdaşdır. Rus dilində də зуб və зубило eyni kökdəndir. Kabab şişi birləşməsindəki şiş sözü də diş və deş ilə qohumdur: hamısı “ucu sivri olan”, “deşə bilən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ruslardakı спица kəlməsinin mənasını əks etdirir. Araba təkərində topla qəsəyi (qasnağı) birləşdirən dişlərdir, milə bənzəyir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDəyirman daşını xüsusi alətlə (çəkiclə) diş-diş edirlər ki, dəni yaxşı əzə bilsin. Buna “daşı dişəmək” deyirlər. Dişəc isə həmin çəkicin adıdır. Söz belə yaranıb: diş isminə -ə şəkilçisi artırılaraq dişəmək (yaşamaq qəlibi üzrə) feili, onun da əsasında dişəc ismi əmələ gəlib (çölmək, yəni qorşok, yerinə tarixən işəc sözü olub). Dişəc də həmin qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiUyğur dilində “fırlamaq” mənasını verən təğir feili var. İy (cəhrədə) yerinə tengirek işlədilir. Dəyirmi, dəyirman, təkər, tövərək kimi sözlər teqir (крутить) sözü zəminində əmələ gəlib. Diyircək də məhz teqir (fırlanan) sözü ilə qohumudr. Ehtimal ki, dairə sözü də türk mənşəlidir və başqa dillərə də keçib. Hətta dəhrə (ucu əyri kəsici alət) sözü də yuxarıdakılarla qohum hesab oluna bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti