Mənbələrdə dildə (говорить), dil-də-m (красноречие), tiliq (разговаривать), tilmaçi (переводчик) sözləri var. Dilmanc sözü məhz dilmaçi sözünün dəyişmiş şəklidir. Bəs dilmaçi necə yaranıb? Türkologiyada bu suala cavab verilməyib. Belə hesab etmək olar ki, dil və din(mək) sözlərinin qədim kökü birdir, di komponentidir. Demək, danışmaq feilləri də bunu sübut edir: de, da, di eyni sözün müxtəlif şəkilləridir. Söz, əslində.dinməçi kim olub. Dinmək feilindən dinmə ismi əmələ gəlib, -çi isə peşə bildirən şəkilçidir. Dili bilməyənlər danışmır, dinmirlər (rusla alman görüşəndə bir-birinin dilini bilmədikləri üçün danışmayıblar, rus almanı немой, (немец sözü də buradandır) yəni lal adlandırıb. Tərcüməçi isə dindirən, danışdıran rolunu oynayıb, dinməçi (dilləndirici) olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDəhrə, çapacaq kimi alətlərin ucu ilə bağlı dımıq, dımdıq kimi də işlədilir (həmin alətlərin ucu əyri olur və dimdiyə oxşayır). Ehtimal ki, dimdik kəlməsi dik sifətinin çoxaltma dərəcəsi zəminində yaranıb (müqayisə et: dümdüz, bomboz və s.). Qaqauz dilində dimdik yerinə, qaqa (qaxmaq, vurmaq) sözü işlədilir. Dimdik və qaxmaq mənaca sinonim sözlərdir, lakin fonetik tərkib onları eyniləşdirməyə mane olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə kökü din olan dinlə və dinşə sözləri var, “qulaq as”, “sus”, “danışma” mənalarını əks etdirir. Tın (din) kəlməsi tarixən nəfəs sözünün müqabilində işlədilib. Deməli, dinlə sözünün mənası “danışma” deməkdir və dinmək (danışmaq) sözü ilə heç bir əlaqəsi yoxdur. Tınmas sözü susmaz sözünün sinonimi kimi tuva dilində indi də işlədilir(Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün kökü indi müstəqil işlədilməyən dirmək feilidir. Ondan diri sifəti, həmin sifətə -sə şəkilçisi artırmaqla diri-sə feili əmələ gəlib (mənası “dirilməyə meyil etmək” deməkdir), -l şəkilçisi isə feili qayıdış növə çevirib. Deməli, sözün əsli dirisəlmək olub, sonra dirçəlmək formasında sabitləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti