İlk komponenti fars dilindən alınmadır və cadugər sözünün köküdür. Piti isə türk mənşəlidir. Qədim mənbələrdə “müqəddəs yazı, mətn” mənalarında (bitik formasında) qeydə alınıb. Bitik daş ifadəsi rus dilində “камень с надписыю” kimi tərcümə olunub. M.Kaşğarinin “Lüğət”ində biti sözü var və mənbələrdə ruscaya “кисть для письма” şəklində tərcümə olunub. Cadu-piti kəlməsi bütövlükdə “sehrbazlıq yazısı” kimi anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, araba laydırının alt və üst hissələrini (qollarını) birləşdirən taxtalardan ibarətdir. Təkərin topu ilə qasnağını (el arasında qəsək kimi də işlədilir) birləşdirən dişlər də (спица) cağ adlanır. Görünür, bağ (bağlayan, birləşdirən) sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQarı nənə deyərmiş: “mart gözünə barmağım, yaza çıxdı oğlağım”. Sonra soyuq olur, oğlaqlar qırılır. Camışqıran buna tam uyğun gəlir: aprelin 1-ci ongünlüyündə özünü göstərən şaxtalı günləri belə adlandırıblar (görünür, başqa bir qarı nənənin də camışları qırılıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti