Qoşma (və sifət) dışqa şəklində olub, daş (dış) sözü ilə bağlıdır, “kənar” anlamını əks etdirir. Bizdəki ondan başqa sözü tatar dilində annan tış kimi işlədilir. Maraqlıdır ki, rus dilindəki “другой” sözünün mənasına uyğun gəlir və həmin sözlə də tərcümə edilir. Ruslardakı без predloqu da (hind sözüdür) “kənar” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Ayaqqabı” mənasını verən bu söz, ehtimal ki, basmaq feili zəminində əmələ gəlib. İkinci fərziyyəyə görə, başmaq sözü “dəri” mənasını da əks etdirir. Həmin dəridən hazırlanan ayaqqabıya “başmaq” deyilib. Xan Çoban Saraya həsr etdiyi şeirində deyir: Sağrı başmaq suda üzər, / Apardı sellər Saramı... Birinci misradakı sağrı sözü də “dəri” anlamında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində затонуть sözünün mənası belə verilib: “suda batmaq”. Güman ki, batmaq və barmaq (varmaq, getmək) sözləri kökdaş olub. Batmaq –“aşağı getmək, dərinliyə, yerə girmək, yoxa çıxmaq” anlamlarını əks etdirir. Batmaq və palçıq sözləri qohum deyil. “Harda itib –batmışsan?” deyirik. Burada it və bat sözləri sinonimlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTəxminən, 20 kq (50 funt) ağırlıq vahididir. Güman edilir ki, man hissəsi azman sözündəki ilə eynidir. M.Kaşğaridə bu söz 180-300 kq çəki vahidi kimi qeydə alınıb. Görünür, batmaq feili ilə bağlıdır, “ağırlıq” mənasını əks etdirib (ağır şeylər tez batır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün etimonu (etimoloji kökü) rusca “недавно” mənasını verən baya zərfidir. Həmin kökdən bayağı (müasir dildə: bayaqkı) sifəti əmələ gəlmiş (mənası: “yuxarıda göstərilən, qeyd olunan” deməkdir), sonra sonuncu sait düşmüş, kəlmə bayaq formasını kəsb etmişdir. Yenidən sözə sifət düzəldən (müqayisə et: indi+ki) –kı şəkilçisi əlavə olunmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir neçə yozumu var:
1. Bayat tayfasının adı ilə bağlıdır (“Göyçə gözəlləməsi” yer adı ilə bağlı olduğu kimi, bayatı da tayfa adı ilə əlaqədar ola bilər).
2. İ.Abbasov “Ulu nəğməmizin adı” (“Ədəbiyyat qəzeti”, 7.XI.92) adlı məqaləsində göstərir ki, bayatı sözü ayıtmaq feili zəminində yaranıb. Uşaqları yatırtmaq üçün işlədilən bay-bay kəlməsi də məhz “nəğmə” anlamını verir. Boy boylamaq ifadəsində də boy “söz” anlamı ilə bağlıdır. Bayatı sözü həm forma, həm də mənaca dəyişmiş variantda başqa dillərdə də işlədilir: bayatı ukraynalılarda “danışmaq”, bayiti çexlərdə yenə də “danışmaq” anlamını əks etdirir. Rusların bayu sözü də elə “danışmaq”la bağlıdır. Bunlar ayıtmaq feili ilə bağlı kəlmələrdir. Bayatı-Kürd, Bayatı-Qacar ifadələrində bayatının oxunmasındakı variantlara işarə edilir. İkinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzlərinə görə Abuyezid sözünün təhrifidir (“yezidin atası” deməkdir). Bayandur bəy (bəyliyə layiq) sözü ilə qohumdur. Bəziləri isə belə hesab edirlər ki, mənası “üstün” deməkdir: “Bəyaz igid”, “Bəyzadə” kimi yozanlar var. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGödək və əyri dimdiyi, uzun caynaqları olan ov quşudur. Mənbələrdə piğu, bəyğu, bayğu formalarında yazılıb. Hərfi mənası “bəy quşu” deməkdir. Farslarda şahin adlanan quşların ümumi adı bizdə bəyquşu olub. Şahin “şaha layiq quş” demək olduğu kimi, bayqu da “bəyə layiq quş” anlamını əks etdirib. Sinonim sözlərdir, lakin alınma söz öz sözümüzü sıxışdıra bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli, “vayquş” (vayıltı salan quş) deməkdir. Xarabalıqlarda xoşagəlməz bir səslə (vayıltı ilə) oxuyur. Bəzən bayqu sözünü də bayquş kəlməsi ilə eyniləşdirirlər (“İzahlı lüğət” məhz belə verib), doğru deyil. Qədimdə bir adı da qoburğa kimi olub. Bu (qoburğa), onun çıxardığı səslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti