Alimlərin fikrincə, alınma sözdür və buxar kəlməsi ilə bağlıdır. Türk dillərində onun əvəzinə tarixən tütündük sözü işlədilib. Tüstü sözü ilə bağlıdır, tüstü isə məhz tütün deməkdir (hər ikisi eyni söz olub, sonra mənaları dəyişib). Deməli, buxarı “buxar deşiyi”, tütündük isə “tüstü deşiyi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə boğağı kimi göstərilib. Boğmaq (ehtimal ki, bu da bağlamaq) feili ilə qohumdur. Buxovluq (mənbələrdə bokağılıq kimi qeydə alınıb) sözü də mövcuddur: ayaqda buxovun bağlandığı yerə deyirlər. Mənbələrdə həmin sözün bağancaq forması da var. Ehtimal ki, “bağlanğıc” deməkdir. Deməli, buxov boğmaqla, buxovluq isə buxovun bağlandığı yerlə (bağanaq...) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb. İkinci adı da üzülən olub (tez-tez rəngini, üzünü dəyişir). Kələr bizdə çox yayılmış söz olub: sukələri –salamandra, qumkələri –kərtənkələ və s. İndi bircə kərtənkələ sözü saxlanılıb. Kələr sözünün mənası “gödək” deməkdir. Kərtənkələ yerinə, “kəltəilan” (gödək ilan) da deyiblər. Deməli, buqələmun sözünün yerinə, qayakələri (və ya üzlən) işlətmək pis olmazdı, bunu H.Zərdabi də məsləhət bilmişdir. O yazırdı ki, buqələmun kərtənkələnin bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvan təzə doğulduqda onun ilk 2-3 günlük südü ağuz adlanır. Sonrakı bir neçə günün südünə “bulama” deyirlər. Ağuz balanı mayalandırmaq üçündür və çox yağlı olur. Bulamada yağlılıq nisbətən azalır və süd olmağa doğru inkişaf prosesi gedir. Ağuz və süd arasında keçid dövrü olan bulama ikili xarakterə malikdir: ağuz+süd. Ona görə də qarışıq (bulama) vəziyyətində olur. Ağuzu qazanda bişirdikdə alınan yemək kətəməz adlanır. Səbəbi isə odur ki, bəzi dialektlərdə ağuz yerinə, kələkə işlədilir və kətəməz həmin sözdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz qədim hind dilində “сгуститься”, irland dilində “загустевший”, island dilində “густой” mənalarında işlədilib. Dumanın qatılaşmış forması hesab olunub. Güman etmək olar ki, bulanmaq (bunun da mənasında qatılaşmaq əlaməti var) feili ilə bağlıdır, başqa dillərə bizdən keçib. Şeir də var: “Göydə bulud bulum-bulum bulanır. Yaralarım göz-göz olub sulanır...” “Avesta”da duman və bulud eyni mənalı sözlər kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir şeyin belini məftillə bərk sarımaq üçün onu (məftili) burur və bu zaman xüsusi ağacdan, dəmirdən burma vasitəsi kimi istifadə edirlər. Ona “burağac” deyilir. Burmaq feili əsasında əmələ gəlib. Əsli buracaq olub, sonra dəyişib (yanacaq modeli üzrə düzəlib). Daha inandırıcı odur ki, söz burağac yox, burğac kimi olub (süzgəc qəlibi üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBurmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib. Burulğan kəlməsi də “burmaq” mənası ilə əlaqədardır, suyun burulduğu yerdir, girdabdır. Burxulmaq, burcutmaq da yuxarıdakılarla qohumdur. M.Fasmer rus dilindəki бурить məsdərini alman və ya holland dillərinin biri ilə bağlayır və səhv edir, amma burav sözünü açıqlayarkən səhvini düzəldərək yazır ki, bu (burav), türk dillərindən ruscaya keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti