Göyər, qızar tipli kəlmələrlə heç bir model yaxınlığı yoxdur, yəni boz sifətindən boz –ar –maq feili əmələ gəlməyib. Mənbələrdə buza feili var və ruscaya “реветь” kimi tərcümə edilib. “Dədə -Qorqud” da “nə bozlarsan” cümləsi var; el içində üzünə bozarmaq ifadəsi işlədilir. Hamısı mənfi məna ilə: “cavab qaytarmaq, söz demək, çəmkirmək” anlamları ilə bağlıdır. Deməli, bozar sözü “böyürmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQızartma, bozartma sözləri rənglə bağlıdır: qızartma (su vurulmur) qırmızıya, bozartma (suda bişir) boza çalır. Bozbaş sözünün ilk hissəsi (boz) bozartma ilə kökdaşdır. Baş sözü isə onunla bağlıdır ki, içinə baş soğan (doğranır), kartof (bütöv halda) və s. salırlar. Küftə isə alınmadır, fars sözüdür. Küftə -bozbaş sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır). Tatar dilində yalaqay (yalaxay) “подхалим” anlamını əks etdirir, yəni yaltaq sözü ilə sinonimdir, bizdə onun yerinə yoğaq işlədilib (yox sözü ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, “üstü örtülü” (bükülü) mənasını əks etdirir, bükmək, bürümək feili ilə bağlıdır. Puçur sözü də mənbələrdə belə izah olunur, büri, bür, buruq kimi yazılıb (mənbələrdə bükük şəklində də verilib). Qırışmaq kəlməsinin yerinə burqar yazılıb. Bütün paxlalı bitkilər burcaq adlanıb. Anatomiya alimləri deyirlər ki, böyrək xüsusi kapsul ilə örtülüdür. Xalq arasında “yağ içində böyrək kimi saxlamışam” cümləsi var. Böyrəyi örtən pərdə həm də piyli olur. Tuva dilində bu söz bükülü formasında işlədilir. Deməli, bükmək feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBağırmaq kəlməsi ilə qohumdur və təqlidi yolla yaranıb. Əsli böy +ğür –mək kimi olub, bu əlamət bağırmaq sözündə özünü daha çox büruzə verir. Hətta buğra, buğa sözləri də yuxarıdakılarla qohumdur (böyürmək buğa üçün əsas əlamətlərdən hesab olunur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏdəbiyyatda, hətta məktəb dərsliklərində bu kəlmə “böyük tikanlı” şəklində açıqlanır. Türk dillərinin çoxunda həmin söz börleqen, bögürtlen (Anadolu türklərində, hətta bögürtən) kimi işlədilir və tikan kəlməsi ilə heç bir əlaqəsi yoxdur. Mənbələrdə buna ayıtuti kimi rast gəlmişəm: “ayı tutan” deməkdir. Börleqen isə canavar (böri) sözü ilə bağlıdır. Böyürtkən bədənə elə yapışır ki, onun kolluğuna girən ayı, qurd belə canını qurtara bilmir, böyürür, əzab çəkir. Deməli, söz böyürtmək kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti