Yaylaqda yaşayış yerinə “binə” deyirlər: bina “lövbər salınan yer” deməkdir, alınma sözdür, ərəbcədir. Binəli sözü də var və “həqiqətən”, “birdəfəlik” mənalarında işlədilir. Binəli getmək “evli – eşikli (birdəfəlik getmək)” deməkdir. S.Vurğun “Binələri çadır – çadır, çox gəzmişəm özüm, dağlar” deyəndə yaylaqdakı çadırları (“binaları”) nəzərdə tutmuşdur. Deməli, binə kəlməsi bina sözünün bir qədər dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bürgə şəklində əks etdirilib. Burmaq feili ilə bağlıdır. Birəni məhv etmək üçün hökmən barmaqların arasında burublar. Ad da buradandır. Paxlalalı bitkilərin (noxud və s.) ümumi adı burcaq olub. Bu da bürümək sözü ilə bağlıdır. Onların üstü xüsusi pərdə (qabıq) ilə örtülü (bükülü) olduğu üçün belə adlandırılıb. Böyrək sözü də üstüörtülü anlamı ilə bağlıdır. Bu tip sözlər çoxdur. Mənbələrdə bu sözlə yanaşı, eyni mənada səgirtkiş (səgirtmək “sıçramaq” demək olub) kəlməsi də işlədilib. Özbəklər buna “burqa” (burma), türkmənlər isə “bürə” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində “birgə” (birlikdə) mənasında işlədilən bu sözün mənşəyi 2 ehtimal əsasında yozula bilər: 1) birəiki kəlməsinin dəyişmiş formasıdır; 2) birəkü sözünün variantıdır. Mənbələrdə bu qəlib üzrə yaranmış beşəkü (пятеро) sözü də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə -gə şəkilçisi feillərdən isim düzəldir (süpür –gə və s.). Bəs bir sayına artırılmış –gə nə şəkilçisidir? Bu sözün mənbələrdə birgər forması da qeydə alınıb. Dialektlərdə birgə əvəzinə birədi sözü də işlədilir. Sözün əsli mürəkkəb olub: birəiki. İnkişaf prosesində söz birgə formasını kəsb edib. Deməli, buradakı –gə şəkilçisi iki sözün zəminində (kontaminasiya yolu ilə) əmələ gəlib. Başqa bir yozum: əsli birik (mək) feili və -ə feili bağlama şəkilçisindən əmələ gəlib: gör-ə, de-yə qoşmalarının qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞəkidə və Tovuzda daha çox işlədilir, Qazaxda və Şuşada bitbəbit kimi qeydə alınıb. “Diqqətlə, tələsmədən yavaş-yavaş axtarmaq” mənasını əks etdirir. Tarixi mənbələrdə “искать” anlamında irt (irtə) feili var. Görünür, irt sözündən irtə -irtə feili bağlaması əmələ gəlib (müqayisə et: qaça –qaça...) və təhrif nəticəsində bittə -bittə şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə biyə və biyələk sözləri var. Biyə əqrəb, çayan sözlərinin sinonimidir (hörümçəyə bənzəri var). Biyələk isə kököyündür (ovod). Heyvanları bərk sancır və rəngi göy olduğu üçün kököyün adlanıb. Ehtimal ki, biyə və biyələk sözləri kökdaşdır, biz, biçmək sözlərinin kökü olan bi ilə biyələk qohumdur, “sancan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti