Mənbələrdə bes sözü var, “откромление” mənasında açıqlanıb. Bəsi sözü də olub və “yedirtmək” mənasında işlədilib. Bəsləmək də elə “кормить” deməkdir. Ərsəyə (əsli: əsrəyə) gətirmək ifadəsi ilə “qidalandırmaq, böyütmək” deməkdir. Bəs əsrə sözləri aş sözünün dəyişmiş formalarıdır: aşlamaq kəlməsi əsrəmək, bəsləmək şəklinə düşüb. Bəsləmək, əsrəmək kəlmələri həm də “tərbiyələndirmək” demək olub, çünki qədimdə tərbiyə və qidalandırma eyni cür başa düşülüb. Başqa dillərdə də belədir: ərəbcə tərbiyə, rusca воспитание sözləri “qidalandırma” deməkdir (fikir verin: вос –пит –ание, buradakı пит hissəsi аппетит, пить sözləri ilə qohumdur). Deməli, bəsləmək tarixən “yedirtmək, tərbiyələndirmək” anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Koroğlu”da oxuyuruq: “Qıratı minməsəm, dağlar sökülməz. Bəzməndin çəkməsəm, sağrı örtülməz”. Sözün əsli almancadır və позумент şəklində ruslarda da işlədilir. Mənası belə açıqlanır: “тесьма, обычно шитая золотом или серебром”. Bəzmənd həmin sözün təhrifidir və atın çulunu bərkitmək üçün olan baftadan ibarətdir. Farsca “nəvare məmile duzi” deyirlər. Duzi sözü duxtən, yəni tikmək məsdəri ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir forması da dodaq saqqalı olub. Bığ və buyuğ sözləri eyni mənada, həm də paralel şəkildə işlədilib. Zənn edirəm ki, burmaq feili ilə qohumdur (“bığıburma” deyirik). Saqqalı sığallayırlar, bığı isə bururlar. Görünür, saqqal və sığal kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKəsmə alətidir və dişli olur. Biçmək (kəsmək, biçaq) sözündən əmələ gəlib. Müxtəlif növləri var: xırxı (2 adam işlədir), əl bıçqısı və s. İndi ən çox mişar sözündən istifadə edirik, amma bu, alınma sözdür, ərəbcədir. Sözün tarixi kökü bidir. Ona ç artırmaqla biçmək feili, z artırmaqla biz (шило) ismi əmələ gətirilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti