Sözün əsli bəniz kəlməsi ilə bağlıdır, yaş-a-maq qəlibi üzrə bəniz-ə-mək feili əmələ gəlib, sonra i saiti reduksiya olunub. Yanzamaq kimi də işlədilib, “yanaq, bəniz oxşarlığı” demək olub. İndi məna genişlənib. Bəniz və bənzəmək kökdaş sözlərdir. Oxşar anlamında yanlıq sözü də olub. Öz hərəkətini kiminsə hərəkətinə oxşatmağa “yansıla” deyiblər (indi: yamsıla kimi işlədirik). Deməli, yamsılamağın da kökü yan sözüdür. Belə məlum olur ki, yanaq, bət, bəniz, bənzəmək sözləri tarixən qohum olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBelə bir fikir geniş yayılıb ki, guya –arı2 şəkilçisi tarixən yönlük halı əks etdirib. Əslində, həmin şəkilçi yer sözünün ixtisarından başqa bir şey deyil: bura –“bu yer”, ora – “o yer”, bəri –yenə də “bu yer”, yuxarı –“yüksək yer”, aşağı (bu, aşarı olub, sonra dəyişib) –“alt yer” deməkdir. Deməli, bəri sözü tarixən mürəkkəb olub, indi sadələşib, kök və şəkilçiyə ayrılmır, bu yer ifadəsinin zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində “yara bərtik olub” tipli cümlələr işlədilir. Mənbələrdə bər (ber) feili var və “повредиться” anlamını əks etdirir. Bərtik həmin feil əsasında yaranıb, “korlama”, “çiban”, “şiş” və s. mənalarda işlədilib. Bərtik özü də ad –feil omonimdir. Anadolu türklərində onun bərtikmək (воспаляться) forması qeydə alınıb. Sür və sürt qəlibi üzrə də bər və bərt kəlmələri yaranıb. –ik şəkilçisi sürtük sözündəki ilə eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti