Aşqarlar kimyası birləşməsi var. Gönü aşılayırlar. Bilik də aşılanır. Aş-“yemək, yedirtmək” mənalarını verən söz olub, qar isə qabğar sözündəki şəkilçinin eynidir. Aşqar sözü addan düzəlmiş feil olub, sonra isimləşib. Aşılamaq kəlməsi ilə eyni kökə malikdir. Aşqar - “дубильщик” mənasında işlədilən sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiPlovun üstünə qoyulan xuruşu bildirir. Birinci (yəni aş sözü) “plov” mənasındadır. Qara komponenti isə qovurmaq sözünün təhrif olunmuş formasıdır. Deməli, aşqara etimoloji baxımdan “aş qovurması”, “aşa qarışdırılan” (plov üçün hazırlanmış qovurma) deməkdir. Burada qara sözünün rəng anlamı ilə əlaqəsi yoxdur, qatqarışıq sözündəki 2-ci komponentlə qohumdur. Deyim də olub: “aşa qatıqdır (qatılandır), dala qapaqdır (qoyun quyruğu)”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİfadənin mənası “öl”, “öləsən” deməkdir. Keçmişdə igid həlak olanda onun atının yəhərini tərs (arxası qabağa tərəf) qoyub, atı evə buraxırmışlar. Ailədə atı bu vəziyyətdə qarşılayanlar artıq onun sahibsiz qaldığını yəqin edirlərmiş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNəinki türk dillərində, hətta latın dilində, hetlərdə, elamlarda və s. işlədilmişdir. Amma türk dillərində daha geniş yayılmış və dədə, ata babası, əmi, böyük qardaş, erkək adam anlamlarını əks etdirmişdir. Noqay, tatar, başqırd dillərində indi də “kişi” (yəni erkək adam) mənasını bildirir. Çox maraqlıdır ki, bir çox dillərdə dədə “ata babasına”, baba isə “ana babasına” deyirlər. Ehtimal ki, aba (böyük bacı, ana və s.) və baba sözləri eyni kökdən törəyib, süd tərəflə bağlı işlədilib. Ata, dədə isə kök tərəflə bağlı olub və daha çox “erkək”mənasına uyğun gəlib. Dədə və ata eyni kökdəndir, bütün başqa dillərə türk dillərindən keçib. Qədim mənası kişi(erkək) demədir. Sözün başqa yozumu da mümkündür: ruslarda отец sözü o səsi ilə başlayır. Bizdə od, ocaq sözü də “ailə, ev” mənalarında işlədilir. Oтец və od sözləri arasındakı fonetik yaxınlığa əsasən deyə bilərik ki, ata- “od başçısı” (ailə başçısı, ocaq rəhbəri, ocaq yandıran) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBaba atadan daha təcrübəli, daha ulu hesab olunur. Bəs nə üçün hikmətli kəlamlara “babalar sözü” yox, “atalar sözü” deyirik? Səbəbi odur ki, ata və baba kəlmələri tarixən həm də sinonim sözlər olmuşdur. Anadolu türkləri indi də ata əvəzinə, baba işlədirlər. Deməli, atalar sözü ifadəsi yaranarkən ata və baba bir-birindən fərqləndirilməyib. İndi də atalar sözü məhz “babalar (ulular) sözü” kimi anlaşılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilindəki попечитель (опекун da bu sözdəndir) sözünün türk dillərindəki qarşılığı olub. Ata kökündən və farsca olan -dar şəkilçisindən əmələ gəlib. İndi biz попечитель sözünü olduğu kimi işlədirik, atadar sözünü diriltməyə ehtiyac var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMaks Fasmer bunun türk sözü olmasına qarşı üsyan edir, (tümən yəni 10.000) və ata (yəni başçı) sözlərindən törəməsini (10000 nəfərlik ordunun başçısı) qəbul etmir. Polyak dilindəki hetman (getman) sözü ilə bağlayır və əslinin almanca olduğunu bəyan edir. Məncə, “tümən başçısı” və ya “hüququ çox olan” anlamı daha inandırıcıdır. Azman, şişman tipli sözlərdə man hissəsinin çoxluq bildirməsi, ataman sözünün “hüququ çox olan ata” (sərkərdə) kimi qəbul olunmasına müəyyən əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti