Ər (ör) sözünün bir mənası “hündür” deməkdir. Ör – “hündür”, “örüş” deməkdir. Əriş “örüş”ün dəyişmiş formasıdır.Əriş xanada dikinə gedən işlərdir, ona görə də hündür anlamı ilə bağlıdır. Arğac isə “en” (və toxumaq) mənasını verən kəlmədir, eninə gedən iplərdir və ərişlə birləşdirilərək palaz əmələ gətirir. M.Kaşğaridə verilmiş arquq (перекладина), arquru (поперек) sözləri də bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiUyğur dilində əs feili var və “içmək” mənasını verir. “Dədə Qorqud”da və digər mənbələrdə əsrük sözü içkili, sərxoş anlamında işlədilib. Monqol dilində əsrə (asra) sözü yedirtmək, böyütmək, tərbiyə etmək mənalarında işlədilir. Əsrə (s və r səsləri yerini dəyişib) sözü, əslində, aşra (aş ver, yemək ver) kimi olub və monqollara türk dillərindən keçib. Ərsəyə gətirmək indi “böyütmək, tərbiyələndirmək” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti