Üzüm salxımları ağacdan sallanır və deyirlər: salxımlar əmbiz-əmbiz sallanır. Konus şəklində yığılmış taxıl, meyvə və s. də əmbiz adlanır. Sözün məğzi onun konusa oxşamasıdır. Güman ki, əmbiz kəlməsi məmə (əmmək) sözü ilə bağlıdır. Əmbiz formaca məhz məməyə oxşayır (bir tərəfi böyük, uc tərəfi getdikcə nazilən olur). Biz komponenti isə “şiş” deməkdir (ucu biz kimi şiş olan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİməcilik, əppək, iməkləmək, əmmək, əkmək, əmcək sözləri kökdaşdır, əmək, zəhmətanlayışı ilə bağlıdır. Əmək (əmgək) mənbələrdə rus dilinə “мучение” kimi tərcümə edilib, əmgə feilindən (мучиться) əmələ gəlib. Maraqlıdır ki, ruslarda da əmək “трудный” sözü ilə ifadə olunur. Əppək (əkmək, yəni çörək) sözü də burdandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli əbəköməkcidir. Əbə - göbək nənəsidir, köməc isə dərman otunun adıdır. Uşağı tutan qadın həmin otla göbəyi müalicə edib. Adı da buradandır. Göbəkotu da deyirlər. Göyqurşağı yerinə də əbəm qurşağı (nənə qurşağı) deyilən vaxtlar olub. Qaqauz dilində əməköməci yerinə qul Fatma (Fatma gülü) deyirlər. Fatma elə “göbək nənəsi” deməkdir. Əbəm (əbə) sözü “göbək nənəsi” (akuşerka) mənasında cənub dialektlərində (Masallı və s.) indi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMama sözü “əmiyə oxşayan” deməkdir (eyni məməni əmmiş olan). Dayza isə “doğana (anaya) oxşayan”dır. Latın dilində xalaya matertera (подобная матери) deyirlər. Deməli, əmi və mama(bibi), eləcə də dayı və dayza(xala) kökdaş sözlərdir. Əmi və mama(əmə) sözlərinin kökdaş olmasını o da sübut edir ki, farslar bacıya “həmşirə” (həmsüd) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti