Diqqətlə axtarmaq mənasında işlədilir. Mənbələrdə ələk sözünün “axtarmaq” mənası verilib. Söz ələk və ələk kimi olub, sonra indiki şəklə düşüb. Ələk-vələklə yanaşı, xalq arasında araq-varaq forması da var. Güman edirik ki, sözün əsli aramaq feili ilə bağlıdır. Qaynaqlarda araq-araq şəkli də qeydə alınıb. Araq sözü araq-araq (yada sal: tez-tez, uca-uca...) şəklində təkrarlanaraq intensivlik bildirib, yəni söz araq və araq kimi olub, sonradan araq-varaq və nəhayət, ələk-vələk şəklini kəsb edib. Ələk sözünün axtarmaq mənası da kəlmənin təhrifi ilə bağlı ola bilər. Salyan rayonunda arağ-arağ eləmək, Şuşada isə arax-varax eləmək formaları indi də qalmaqdadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYunan sözüdür, hərfi mənası “rəngləmək” deməkdir. Adam adı kimi işlədilən Əlif sözü də var və ərəb mənşəlidir: Allah sözünün ilk hərfidir, “həmin hərf kimi düz” deməkdir. Rənglə bağlı olan əlif sözü олифа şəklində rus dilində də işlədilir. Əlif həmçinin “dost” deməkdir (şəxs kimi hərfin adı ilə bağlı deyil). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyancadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. 3000-ci ildə indi İraq adlandırılan dövlətin ərazisində yaşayan şumerlər yazını kəşf etdilər. Ayrı-ayrı sözlər və anlayışların müvafiq işarələri (simvolları) var idi. Onların sayı bir neçə mini keçirdi. Təbii ki, belə bir yazı dilini öyrənmək həddən artıq çətin idi.
Lakin e.ə. təxminən 1400-cü ildə bir finikiyalının ağlına dahiyanə fikir gəlir: hər bir səs üçün uyğun bir işarə (simvol) tapmaq, bundan sonra isə səs və onlara müvafiq simvollara əsasən sözlər yaratmaq.
Finikiyalılar simvol kimi əvvəllər sözləri işarə etdikləri elementlərdən istifadə edirdilər; məsələn, “Öküz” sözünün (finikiya dilində aleph) mənasını verən işarə finikiya dilində bu sözün əvvəlindəki “ah” səsini ifadə etmək üçün istifadə olunmağa başladı. “Ev” (beth) sözünü ifadə edən simvol “b”, “dəvə” (gimel) sözünün mənasını verən isə “g” oldu. Bu işarələr (simvollar) tədricən indi bizim hamımızın yaxşı tanıdığı hərflərə çevrildi.
Yunanlar finikiyalılardan bu sistemi, azacıq dəyişikliklər edərək hətta hərfləri belə mənimsəmişlər. Ancaq onlar yunan dilində heç bir məna verməyən sözləri təhrif etmişlər. Aleph alfaya (alpha), beth betaya (beta), gimel qammaya (gamma) və s.-yə çevrildi. Romalılar da, öz növbəsində, yunanların bu sistemini götürərək düzəlişlər etmişlər və onların əlifbası elə indi bizim də istifadə etdiyimiz əlifbanın əsasını təşkil edir – a, b, c və s. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti