İkər (müq. et: birər-birər) sözündən r-z əvəzlənməsi ilə əmələ gəlib, kökü iki sayı ilə bağlıdır, Antonimi yalxı (yal-nız, yəni tək) sözüdür. Beş balanın birdən doğulmasına Anadolu türkləri beşiz deyirlər (beşər kəlməsindən r-z əvəzləməsi yolu ilə əmələ gəlib). Əkiz (ikər) də iki balanın birdən doğulmasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli ilişmək kəlməsinin kökü olan il sözü ilə bağlıdır. Engelsdə belə bir fikir var: əl tədricən qabaq ayaq rolunu itirmiş və tutmaq, yapımaq funksiyasını yerinə yetirməyə başlamışdır. Deməli, əl və il eyni sözün dəyişmiş formasıdır. İkinci bir mülahizə də söyləyə bilərəm: il, əl, el sözləri çoxluq bildirib (ilxı – at çoxluğu, el – adam çoxluğu, əl – barmaq çoxluğu...) və əl sözü barmaqları birləşdirən yer kimi də başa düşülə bilər. Hər iki mülahizə mahiyyətcə uyğun gəlir: 1) əl – yapışmaq, ilişmək anlamı ilə bağlıdır, 2) əl – barmaqların ilişdiyi, bağlandığı yerdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCəhrədə ip əyirərkən əldə tutulan yun dəstəsinə əlçim deyilir. Buradakı -çim “tutam”, “dəstə” mənasını verən müstəqil sözdür (şəkilçi deyil). Həmin kəlmə otun kökü ilə torpağın birləşməsindən ibarət dəstə mənasında da işlədilir (şırımın dəhnəsinə çim qoyurlar). Çimdik sözü də buradandır. “İki barmağın tutumu” deməkdir. Deməli, əlçim –“bir əl tutumu” anlamını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİl feili zəminində yaranıb. Qədimdə sıx toxunan şeylərə “ilək” deyiblər. İlişmək, ilmək, ilgək sözləri ilə kökdaşdır. Sıx toxunmuş mənasını verir. Növləri bunlardır: şıt ələk (сито), korlan ələk (решето), seyrək ələk (редкое сито), sıx ələk (частое сито), çəltək ələk (шадара). Mövcud dilçilik ədəbiyyatında, hətta məktəb dərsliklərində ələk sözü əl kəlməsi ilə əlaqələndirilir, səhvdir. Maraqlıdır ki, rus dilində də решето sözü “вязать”, “сплетенное” mənasını verir və onlarda решето, решетка kəlmələri eyni kökə malikdir, əl anlamı ilə əsla əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti