Alınma sözdür. Bizdə ona şırran, şırrama deyilib. Tuva dilində şurlatan indi də şəlalə anlamında işlədilir. Şırıltı sözü zəminində əmələ gəlib. Dialektlərdə “süd”, “südlü” anlamını verən avşar, “sağmaq” mənasını əks etdirən avşarlamaq sözləri var, güman edirəm ki, şırran (şırrama) sözü ilə qohum kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCəncəl adamlarla bağlı işlədilən sözdür. Alınmadır: şər (şeyn kimi də işlədilir) ərəbcə “ləkə”, “biabırçılıq” deməkdir, şur isə farsca qalmaqal anlamını verir. Həm şərəşur, həm də şələşur formalarında işlədilir. Şərə-şur daha doğru variantdır, çünki söz məhz şər kəlməsi ilə bağlıdır. Bəzən belə güman edirlər ki, şərab sözündəki şər də biabırçılıq anlayışı ilə bağlıdır (şərab –“adamı biabır edən su” kimi də anlaşıla bilər), inandırıcı deyil, şərab, şərbət sözləri ərəbcə “içki” deməkdir. Ehtimal ki, dilimizdəki şuluq kəlməsi də şərəşur sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti