Uc sözü ilə qohumdur. Say sistemində ilk dəfə son ədəd məhz üç olub, ondan sonrakı ədədlər adamlara məlum olmayıb; mənası “sonuncu ədəd” deməkdir. Uc sözünün başqa mənaları da mövcud olub: səbəb, hündür, sonluq. Uc-a sözü “ucu hündür olan” kimi başa düşülə bilər. Güman edirəm ki, uçmaq feili də uca sözü ilə qohumdur: uçmaq “ucadan (hündürdən) aşağıya doğru enməkdir, dağılmaqdır”. Üçün qoşması da səbəb mənası verən üç (uc) kəlməsindən törəyib: ya üç (uc) sözü ad-feil omonimi olub, ya da üçün sözündəki -ün şəkilçisi adlardan yeni söz də düzəldə bilib. Ucbat (üz, uc) sözü də səbəb mənası ilə bağlıdır; sənin ucbatından (üzündən, ucundan) birləşməsi məhz səbəb anlamı ilə bağlıdır. “İlk” sözü isə ilişmək kəlməsinin kökü olan il feili ilə bağlıdır: “sonrakıları əlaqələndirən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yon və yol eyni söz olub). Yuli (брить), yoluq (бритый) sözlərimiz də olub. Yolğuc sözü ülgüc şəklində tam formalaşdıqdan sonra birinci kəlmə (yolğuc) mənasını dəyişmiş və шипцы anlamında işlədilməyə başlamışdır. “Yoluğun biridir” deyirik. Buradakı yoluq kəlməsi elə “qırxılmış” (lüt) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzən fars mənşəli hesab edirlər. Əslində ummaq feili ilə bağlıdır və ümid kimi deyil, umud kimi yazılmalıdır. Keçmək feilindən keçid yarandığı kimi, ummaq sözündən də həmin qəlib üzrə umud əmələ gəlib. Mənbələrdə ummaq sözü ruscaya надеяться, umud isə надежда kimi tərcümə olunub. Feilin hər ikisi eyni kökə malikdir. Sözün ümidgər forması da mövcüd olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti