1. Arxaizm. Ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın. □ Ağıçının səsi elə yanıqlı idi ki, kövrəlməmək mümkün deyildi.
2. Ağıları improvizə edən və söyləyən professional ifaçı. □ Ən qədim dövrlərdən türk xalqları arasında ağıçılar var idi.
Azərbaycan dilinin izahlı lüğəti1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka; şüur, idrak. □ Ağıl gücdən üstündür. Ağıl yaşda deyil, başdadır. (Atalar sözü).
2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir. □ Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi.
İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. □ Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. (İ.Əfəndiyev).
Həmçinin bax: