Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağıl1 [ağıl] isim ərəb

1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka; şüur, idrak. Ağıl gücdən üstündür. Ağıl yaşda deyil, başdadır. (Atalar sözü).

2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi.

ağıl2 [ağıl] isim ərəb

İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. (İ.Əfəndiyev).

See also:

frazeologizm: ağıl dəryası frazeologizm: ağıl qoymaq (öyrətmək) frazeologizm: ağıl vermək frazeologizm: ağıl-ağıla vermək frazeologizm: ağıldan seyrək (kəm) frazeologizm: ağla sığmamaq frazeologizm: ağlı ala qayadadır frazeologizm: ağlı azmaq frazeologizm: ağlı başına gəlmək frazeologizm: ağlı başında olmaq frazeologizm: ağlı başından çıxmaq (getmək) frazeologizm: ağlı başından oynamaq frazeologizm: ağlı bir qarış olmaq frazeologizm: ağlı bir şey kəsməmək frazeologizm: ağlı çaşmaq frazeologizm: ağlı getmək frazeologizm: ağlı gödək olmaq frazeologizm: ağlı kəsmək frazeologizm: ağlı kəsməmək frazeologizm: ağlı qarışmaq frazeologizm: ağlı özünə getmək frazeologizm: ağlı topuğunda olmaq frazeologizm: ağlı yerində olmamaq frazeologizm: ağlına batmaq frazeologizm: ağlına belə gəlməzdi frazeologizm: ağlına belə gətirmə frazeologizm: ağlına da gəlməzdi frazeologizm: ağlına da gətirmə frazeologizm: ağlına fikir gəlmək frazeologizm: ağlına gələni danışmaq (demək) frazeologizm: ağlına gələni etmək frazeologizm: ağlına gəlmək (gətirmək) frazeologizm: ağlına keçə yamayım frazeologizm: ağlına sığışdıra bilməmək frazeologizm: ağlına vurmaq frazeologizm: ağlında qalmaq frazeologizm: ağlında tutmaq frazeologizm: ağlını almaq (aparmaq) frazeologizm: ağlını başına yığmaq (toplamaq, cəm eləmək) frazeologizm: ağlını başından çıxarmaq frazeologizm: ağlını əlindən almaq frazeologizm: ağlını itirmək frazeologizm: ağlını uduzmaq frazeologizm: Allah ağlını alıb frazeologizm: başına ağıl qoymaq frazeologizm: müsəlmanın sonrakı ağlı frazeologizm: şeytanın da ağlına gəlməz Azərbaycan dilinin izahlı lüğəti