1. Zorla bir işə məcbur etməyə çalışmaq, zora salmaq, zorla boynuna qoymaq. □ Mənim qəlbimi zorlamaq fikrinə düşmədi. (Mir Cəlal).
2. Məcazi mənada: zorla cinsi əlaqəyə məcbur etmək, zorla əlaqədə olmaq, namusuna toxunmaq.
3. Zorla açmaq, gücə salaraq açmaq; güc gəlmək, zorakılığa salmaq, güc eləmək, zor etmək. □ Axund qapını zorlamağa başladı. (S.Rəhman).
1. Güclü, qüvvətli. □ Yaman zorlu adamdır.
2. Məcazi mənada: sözü keçən, nüfuzlu, hökmü olan. □ ..Əh, o boş sözdür, əmim dövlətli, zorlu kişidir. (M.F.Axundzadə).
3. İsim kimi məcazi mənada: sözü keçən, nüfuzlu, hökmü olan adam. □ ..Saray istibdadı, zorluların əmlak iştahası xalqı zara gətirmişdir. (Y.V.Çəmənzəminli).
Klassik ədəbiyyatda dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva”, “zöhdü təqva” şəklində işlənir) mənalarında işlənmişdir. □ Bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı? (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti