1. Zorla bir işə məcbur etməyə çalışmaq, zora salmaq, zorla boynuna qoymaq. □ Mənim qəlbimi zorlamaq fikrinə düşmədi. (Mir Cəlal).
2. Məcazi mənada: zorla cinsi əlaqəyə məcbur etmək, zorla əlaqədə olmaq, namusuna toxunmaq.
3. Zorla açmaq, gücə salaraq açmaq; güc gəlmək, zorakılığa salmaq, güc eləmək, zor etmək. □ Axund qapını zorlamağa başladı. (S.Rəhman).