1. Ən lazımlı, ən vacib, çox lazım, onsuz keçinilməsi mümkün olmayan. □ Zəruri ehtiyac tədbirləri.
2. Zərf kimi: labüd, istər-istəməz olacaq, məcburi, mütləq. □ Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. (M.Füzuli).
Həmçinin bax:
1. Bərli-bəzəkli paltar, bahalı parça. □ Gümüşüm tunc olub, zər-zibam da bez; Qəlb çıxır aldığım mal, qoca baxtım. (Aşıq Ələsgər).
2. Qızıl-gümüş, cəvahirat, dövlət, qiymətli şeylər. □ ..Şəhərin yerində kotan əkərəm; Zər-zibasın Çənlibelə çəkərəm. (“Koroğlu”).
Azərbaycan dilinin izahlı lüğəti