Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zaval [zaval] isim ərəb

1. Ziyan, zərər, təbii fəlakət, afət; bəla, müsibət, xətər, qorxu. □ Doğruya zaval yoxdur, çəksələr min divana. (Atalar sözü).
2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma),məhv olma (etmə); məhv. □ Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. (M.S.Ordubadi).
3. Məcazi mənada: zülm, əziyyət, işgəncə mənasında. □ Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. (Aşıq Ələsgər).

See also:

frazeologizm: zaval görməmək frazeologizm: zaval yoxdur frazeologizm: zavala gəlmək frazeologizm: zavala gəlməmək Azərbaycan dilinin izahlı lüğəti