1. Zəhmi olan, baxanda öz görünüşü ilə adamda qorxu doğuran, dəhşətləndirən. □ Siçan üçün pişikdən zəhmli heyvan yoxdur. (Atalar sözü).
2. Çox böyük, çox yekə, görünüşcə əzəmətli.
3. Çox ağır, təmkinli, çox ciddi, heybətli. □ Aslan müəllim zəhmli bir adam idi. (İ.Əfəndiyev).
4. Qaşqabaqlı, acıqlı, eyni zamanda nüfuzedici. □ Sultan zəhmli nəzərlə başdan-ayağa Qoşqarı süzdü. (İ.Hüseynov).
Bax: zəhər.
Həmçinin bax:
1. Əsil mənası “ilan zəhəri” olub zəhər, çox acı şey mənalarında işlənir. □ Haq bilir ki, beli şallı hacılar; Zəhrimartək xalqın ağzın acılar. (Q.Zakir).
2. Əsil mənası “ilan zəhəri” olub çox pis, mənfur, xoşagəlməz şey haqqında deyilir. □ Əba-qabını qovza, bax, içində zəhrimarı gör. (M.Ə.Sabir).
3. Əsil mənası “ilan zəhəri” olub söyüş məqamında işlənir. □ ..Zəhrimar, zəqqum, sən mənə belə xörək yediribsən ki, bir ay da yeməsəm, acmanam. (M.F.Axundzadə).
4. Əsil mənası “ilan zəhəri” olub mənfur mənasında işlənir.
5. Əsil mənası “ilan zəhəri” olub adı deyilmək istənilməyən şeyə işarə (acıqla deyilir) mənasında işlənir. □ ..Musa kişi, bizi naümid eləmə, bir-iki şüşə o zəhrimardan tap! (M.İbrahimov).
Həmçinin bax:
1. Cismən az qüvvətli, gücsüz. □ Düşmən zəif olsa da, ehtiyatı əldən vermə. (Atalar sözü).
2. İsim kimi: gücsüz, qüvvətsiz adam. □ Zəiflər daima gücdən bəhs edər. (H.Cavid).
3. Sağlam olmayan, möhkəm olmayan, cansız, arıq, xəstələnməyə mail olan. □ Səhhətcə zəif uşaq.
4. Üzgün, əldən düşmüş, taqətsiz.
5. Məcazi mənada: zabitəsiz, qətiyyətsiz; iradəsiz, iradə qüvvəsi çatışmayan, aciz. □ ..heç kimin qarşısında bu cür zəif və aciz olmamışdı. (İ.Hüseynov).
6. Lazımınca nüfuzu, gücü, başqalarına təsiri olmayan. □ Zəif dövlətlər.
7. Təsiri, gücü az olan. □ Zəif dərman.
8. Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücü az olan. □ Zəif külək.
9. Az, əhəmiyyətsiz, kifayətsiz, pis. □ Zəif qabiliyyət.
10. Öz işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz işini, sənətini yaxşı bilməyən, yaxşı işləməyən, işin öhdəsindən gəlməyən. □ Zəif rəhbər.
11. Yaxşı oxumayan, pis oxuyan. □ Zəif tələbə.
12. Sənətkarlıq nöqteyi-nəzərindən qeyri-mükəmməl, keyfiyyətsiz. □ Zəif əsər.
Həmçinin bax: