Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəhər [zəhər] isim fars

1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. □ Dağda, qayada gəzər; Quyruğunda var zəhər. "Əqrəb" (Tapmaca).
2. Məcazi mənada: çox acı şey haqqında. □ Bu dərman lap zəhərdir.
3. Məcazi mənada: çox mənfi təsiri olan şey. □ Şovinizm zəhəri.
4. Məcazi mənada: mikrob mənasında. □ Vəba zəhəri.

Həmçinin bax:

frazeologizm: qaşqabağından zəhər tökülmək frazeologizm: ömrünə zəhər qatmaq frazeologizm: yediyini zəhərə (zəhrimara) döndərmək frazeologizm: zəhər tuluğu frazeologizm: zəhəri dilində olmaq frazeologizm: zəhərini tökmək Azərbaycan dilinin izahlı lüğəti