1. Botanika. Çiçəkləri yeyinti sənayesində istifadə olunan çoxillik soğanaqlı cənub bitkisi. □ Mən aşiqəm zirəsən; Zəfəransan, zirəsən; O günə qurban olum; Sən qapıdan girəsən. (Bayatı).
2. Botanika. Həmin bitki çiçəklərinin, müxtəlif yemək şeylərinə ətir, tam və xüsusi rəng vermək üçün istifadə edilən qurudulmuş sarı telləri. □ Xərc edir bir para əşxas pulun bayramda; Zəfərana, yağa, razyana, xaşxaşa, ətə. (M.Ə.Sabir).
3. Məcazi mənada: sarı rəng mənasında. □ Həm rəngi-bəhar olub xəzanım; Dönmüşdü əqiqə zəfəranım. (M.Füzuli).
Həmçinin bax:
Klassik ədəbiyyatda qara qarğa, dolaşa mənalarında işlənmişdir. □ Tərlan yerini zağ və zəğən tutmaz. (Atalar sözü).
Klassik ədəbiyyatda çənə ortasındakı çuxur mənasında işlənmişdir. □ Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. (M.P.Vaqif).
Azərbaycan dilinin izahlı lüğəti1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. □ Dağda, qayada gəzər; Quyruğunda var zəhər. "Əqrəb" (Tapmaca).
2. Məcazi mənada: çox acı şey haqqında. □ Bu dərman lap zəhərdir.
3. Məcazi mənada: çox mənfi təsiri olan şey. □ Şovinizm zəhəri.
4. Məcazi mənada: mikrob mənasında. □ Vəba zəhəri.
Həmçinin bax: