1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı); qısa. □ Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al. Yaxın yol. Yaxın mənzil.
2. Zərf kimi: məsafə etibarilə çox uzaqda olmayan; yovuq. □ Yaxın otur. Yaxın gəl. Kürən adamla kürən ata yaxın düşmə. (Atalar sözü).
3. Zaman etibarilə uzaq olmayan, tezliklə olacaq, yaxınlaşan; gələcəyinə, olacağına və s.-yə az qalmış. □ Yaxın gələcək. Yaxın səfər. Yaxın görüşlərdə.
4. Qan qohumluğu və ya dostluq münasibəti ilə bağlı olan. □ Yaxın qohum. Yaxın dost. Yaxın yoldaş. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. (Atalar sözü).
5. İsim kimi: yaxın adam, dost; qohum. □ Mənim yaxınlarım.
6. Oxşar, bənzər, çox oxşayan (bənzəyən). □ Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinə yaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər.
7. Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran, ürəyinə görə olan, mənafeyini əks etdirən; doğma, əziz. □ Bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın şeylərdən danışırlar. (M.S.Ordubadi).
8. Mötəbər, inanılmış. □ Yaxın yerdən bilmişəm, özü xəbər göndərmiş. (C.Cabbarlı).
9. Zərf kimi: təxminilik, təqribilik bildirir. □ Üç aya yaxın bir müddət. Saat beşə yaxındır. Sabaha yaxın (sübh açılanda). Axşama yaxın (gün qaralanda).
Həmçinin bax:
1. Yaxın yerdə, yaxınlıqda, uzaqda olmayaraq. □ Yaxında bir meşə var. Yaxında toy var.
2. Bilavasitə yanaşı; yaxın. □ Yaxında əyləşin!
3. Az vaxt sonra, çox keçmədən; tezliklə, yaxın vaxtda, yaxınlarda. □ Yaxında gələcəkdir. Yaxında kəndə gedəcəyəm.
4. Az zaman əvvəl, az müddət bundan qabaq. □ Bu yaxında bir əhvalat olmuşdu.
Həmçinin bax:
1. Yaxın yerlərin birində, bu ətrafda (bəzən “bu” sözü ilə). □ Evimiz bu yaxınlardadır. O, bu yaxınlarda yaşayır.
2. Bu günlərdə, bir az əvvəl, az müddət əvvəl, tez bir zamanda, yaxın bir vaxtda, bir az sonra. □ Yaxınlarda gəlmişdir. Yaxınlarda dissertasiya müdafiə etmişdir. Yaxınlarda, deyəsən, yağış yağıb. Yaxınlarda yubileyi olacaq. Yaxınlarda əlli yaşı tamam olacaqdır. Yaxınlarda gedəcəyəm.
Azərbaycan dilinin izahlı lüğəti