1. Bəxşiş, hədiyyə. □ De görüm, mənə nə xələt verəcəksən? (S.S.Axundov).
2. Toy, nişan mərasimlərində verilən hədiyyə. □ Novruz bayramında qız üçün bayramxələti, novbar meyvə, yemiş alıb göndərərdilər.
3. Evdə və ya işdə geyilən, yaxası düymə və ya bağla bağlanan yüngül üst geyimi. □ Həkim xalatı. Çit xalat.
1. Arxaizm. Köhnə məişətdə toy və yas məclislərini idarə edən şəxsə verilən ad. □ Son zamanlaradək Kəblə Nəsiri məhəllənin xeyir və şərində “xəlfə” görmək olardı.
2. Keçmişdə molla məktəblərində molla köməkçisi (bu mənada çox vaxt “xəlfə” şəklində işlənir). □ Mollanın yanında xəlifələr olardı.
1. Tarix. Bəzi müsəlman ölkələrində Məhəmməd peyğəmbərin vəkili və bütün müsəlmanların başçısı və hamisi sayılan şəxslərə verilən yüksək dini ünvan (xəlifələr Məhəmməddən sonra işğalçı müharibələr nəticəsində yaradılmış ilk dövlətlərdə həm dünyəvi, həm də dini hakimiyyətə malik olmuşlar; vaxtilə Türkiyə sultanları da bu adı daşımışlar. □ Padşah həm xəlifə olub, həm də dövlətin yol göstərəni. (N.Nərimanov).
2. Keçmişdə molla məktəblərində molla köməkçisi (bu mənada çox vaxt “xəlfə” şəklində işlənir). □ Uşaqlardan biri mollanın yanında xəlifə imiş .
Həmçinin bax:
1. Tənha yer, gizli yer, heç kəs olmayan yer. □ Xəlvətdə saxlanmaq.
2. Sifət kimi: adamsız, boş, gediş-gəliş olmayan. □ Xəlvət yer.
3. Zərf kimi: xəlvətcə, gizlicə. □ Xəlvət pıçıldaşmaq. Xəlvət yola düşmək.
4. Sifət kimi: gizli, xəlvəti, məhrəmanə. □ Xəlvəti söhbət.
Həmçinin bax:
1. Arxaizm. Xəlvət ev, xəlvət hücrə, yer, xəlvət işlər görülən yer, ev və s. □ Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. (M.S.Ordubadi).
2. Xəlvət, tənha, adam olmayan yer. □ Həyətləri nanadı; Qulağında tanadı; Əyil, üzündən öpüm; Əcəb xəlvətxanadı! (Bayatı).
3. Şərq hamamlarında çılpaq yuyunmaq üçün ayrıca yer, otaq.
Azərbaycan dilinin izahlı lüğəti