1. Bir iş, hadisə və s. haqqında məlumat. □ Toy xəbəri. Şad xəbər.
2. Məlumat, bilik, vaqiflik. □ Bu işdən xəbərim yoxdur.
3. Dilçilik. Mübtəda ilə ifadə olunan əşyanın əlamətini göstərən cümlənin iki baş üzvündən biri. □ Xəbər cümlənin baş üzvüdür.
4. Yalnız cəm şəklində: xəbərlər –vaxtaşırı nəşr edilən bəzi məcmuələrin adı. □ Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.
Həmçinin bax:
1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz. □ Xəbərsiz kəndə getmək.
2. Məlumatsız, biliksiz. □ İşlərdən tamamilə xəbərsizdir.
3. Məcazi mənada: qayğısız, heç bir şeyin fikrini, dərdini çəkməyən. □ Ölümdən xəbərsiz yaşamaq.