1. Xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət. □ Gənclər bir tərəfi nazik olan vərdənəyə bənzər millərdən yapışıb oynatmağa başladılar. (Y.V.Çəmənzəminli).
2. Elektrotexnika. Yeri və ya başqa bir şeyi hamarlamaq üçün işlədilən müxtəlif alətlərin adı. □ Əl vərdənəsi. Traktora qoşulan vərdənə. Qırı vərdənə ilə hamarlamaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Təcrübə, təkrarlama və çox işləmək nəticəsində əldə edilən iş bacarığı, adət edilmiş şey; insanın öz həyatının müəyyən dövründə öyrəşdiyi, adət etdiyi şey. □ Əmək vərdişi.
2. Adət. □ Dədə-babadan qalma bu vərdiş sizi olduqca qorxulu bir yola yuvarlaya bilər. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Müəyyən şəkildə və ölçüdə kəsilmiş kağız parçası, kağız təbəqəsi. □ Bir vərəq kağız.
2. Səhifə. □ Bir yeni aləm var hər vərəqində. (S.Vurğun).
3. Poliqrafiya. Çap mətninin on altı səhifədən ibarət olan ölçü vahidi. □ Kitab 10 çap vərəqidir.
4. Yarpaq.
Həmçinin bax:
1. Kiçik vərəq; vərəq. □ Sual vərəqəsi. Anket vərəqəsi.
2. Üzərində mühüm siyasi xəbərlər və s. çap olunmuş kiçik kağız vərəqi. □ Mirbalayev vərəqəni alıb şam işığında gözdən keçirdi. (M.Hüseyn).
3. Üzərində işin gedişi və s. haqqında məlumat yazılmış kağız. . □ Cəlilzadə yavaş-yavaş məktəblərin şəbəkəsini göstərən xüsusi enli vərəqəni çıxarıb, stolun üstünə sərdi. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti