1. Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır.
2. İki sözü bir-birinə bağlayaraq, onlara birləşdirici məna, yaxud ümumi məfhum verir. □ Mən və sən.
Həmçinin bax:
1. Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs. □ Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. (M.F.Axundzadə).
2. Özünü itirmək dərəcəsində dalğınlıq. □ Şair bu sözləri vəcd halında söyləyərək, bihuşanə yıxılıb hərəkətsiz qalır. (A.Səhhət).
Həmçinin bax:
1. Arxaizm. Üz, sifət, çöhrə, surət. □ Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını. (M.Ə.Sabir)
2. Yol, üsul, vasitə, tərz, qayda (adətən “ilə” qoşması, yaxud “lə” şəkilçisi ilə işlənir). □ Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub, ona görə bu vəchlə vücuda gələn çatlaqların da ədədi artıq olmuşdur. (H.Zərdabi)
3. Arxaizm. Səbəb, vəsilə, cəhət, münasibət. □ Dəmbədəm gər düşsə gözdən dürri-əşkim vəchi var. (M.Füzuli)
Həmçinin bax: