1. Yüksəklik, hündürlük, ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. □ Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı.
2. Məcazi mənada: yüksək ictimai mövqe, vəziyyət. □ Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. (M.İbrahimov).
3. Məcazi mənada: mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. □ İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. (S.Rüstəm).
Azərbaycan dilinin izahlı lüğəti1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq, boy atmaq, qalxmaq. □ Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündən-günə ucalır. Boyu ucalmaq.
2. Uzaqdan görünmək (uca şeylər haqqında). □ Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti ucalır. (S.Rəhimov).
3. Qalxmaq, qopmaq, yüksəlmək, güclənmək, ucadan eşidilmək (səs haqqında). □ Tarın səsi get-gedə ucalırdı.
4. Məcazi mənada: hörməti, nüfuzu artmaq, yüksəlmək, hörmətə minmək. □ Camaat arasında ucalmaq.
5. Məcazi mənada: yüksəklərə qalxmaq, göyə qalxmaq. □ ..Qırmızı bayraqlar ucalmış göyə; Hazırlıq görürlər, qovğa var deyə. (A.Şaiq).
Həmçinin bax:
1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında). □ Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. (H.Seyidbəyli).
2. Məcazi mənada: İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu, hörmətini artırmaq, yüksəltmək. □ Alicənab hərəkəti cəmiyyətin nəzərində onu xeyli ucaltmışdır.
3. Gücləndirmək, yuxarı qaldırmaq, zilləşdirmək (səs haqqında). □ Oğlan danışarkən səsini get-gedə ucaldırdı.
Həmçinin bax: